Sadə bir Günü daha mənalı etməyiniz üçün 10 tövsiyə

Şərhlər: 4
Baxılıb: 2 789
Səs ver:
(səs: 1)
Günlər bir-birini əvəz edir, lakin onlardan çox azı bizim yaddaşımızda gəlir. Cümə günü biz artıq həftənin əvvəlində nə etdiyimizi xatırlamırıq. Bir ay əvvəl etdiklərimizdən isə heç danışmağa dəyməz. Lakin, bütün bunları hər günümüzü daha mənalı etməklə dəyişə bilərik. Qadınlar.biz sizə gününüzü daha mənalı edəcək 10 tövsiyə təqdim edir.

1. Daha tez oyanın. Erkən səhərin sakitliyi və yavaş axarından həzz alın. Bu saatlarda meditasiya, yazı, yoqa və bu kimi digər sakitlik və diqqət cəmləndirməsi tələb edən şeylərlə məşğul olun.
2. Prioritetlərinizi müəyyənləşdirin. İlk əvvəl sizin və ailəniz üçün əhəmiyyətli olan işlərdən başlayın. Bunu etməklə işlərin çoxluğu içində çaşıb qalmaqdan xilas olacaqsınız.
3. Kitab oxuyun. Elə kitablar seçin ki, sizin üçün ən əhəmiyyətli olan suallara cavab tapmaqda kömək etsinlər.
4. Daha yavaş yeyin. Əgər siz yeməyi sürətlə yeyirsinizsə, üstəlik də bunu paralel nəsə iş görərək etməyə çalışırsınızsa, nə yeməkdən, nə də gördüyünüz işdən həzz ala bilərsiniz. Yavaş yeməyə çalışın, yediyiniz qidanın ləzzətini hiss edin və ondan həzz alın.
5. Gəzintiyə çıxın. Evinizin yaxınlığındakı hər hansı bir parka gedin, sakit və rahat yer taparaq, təbiətlə əlaqəyə qurmağa çalışın.
6. Gülməli bir şey izləyin. Bu, YouTube’da hər hansı bir videoçarx və ya əyləncəli saytlarda maraqlı məqalələr ola bilər. Hər hansı bir komediyanın gülməli epizodu, verilişin maraqlı anları sizin gününüzə əlavə nikbinlik bəxş edəcək.
7. Hobbilərinizi unutmayın. Əgər nə vaxtsa hər hansı bir layihə və ya hobbiyə başlamış, lakin müxtəlif səbəblərdən yarımçıq qoymusunuzsa, yenidən başlayın. İlk addımı atın və peşman olmayacaqsınız.
8. Sevdiklərinizlə zaman keçirin. Bütün gününüzü işinizə və ya fərdi məşğuliyyətinizə sərf etməyin. Gün ərzində mütləq sevdiklərinizə də vaxt ayırmağa çalışın.
9. İşlərinizi ardıcıllıqla görün. Əgər hər hansı bir işi təcili görmək lazımdırsa, onunla məşğul olun. Digər işlər gözləsə də olar. Hətta, digər işlər barədə fikirləşməyi də özünüzə qadağan edin. Bir neçə işi eyni zamanda görməyə çalışmaq ancaq keyfiyyətsiz nəticələrə gətirib çıxara bilər.
10. Başqalarına kömək edin. Nəciblik və ürəyiaçıqlıq sizə şəxsi və iş həyatında kömək edəcək. İnsanlara kömək etməklə özünüzü daha yaxşı hiss edəcəksiniz.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 789
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri