Özünüz üçün mütləq etməli olduğunuz 15 şey

Şərhlər: 10
Baxılıb: 785
Paylaş:
Səs ver:
(səs: 1)
Ölümcül bir xəstəliyin pəncəsində olan birinin, hər yeni günə yavaş-yavaş ölümə yaxınlaşdığını bilərək başlamasının necə bir şey olduğu barədə düşünsəniz, heyrətə gələrsiniz. Bəs, hər gün oyanıb, heç ölməyəcəkmiş kimi yaşadığınız dəqiqələrin dəyərini bilməmək necə bir şeydir, heç düşündünüzmü? Həyat qısadır, zaman isə sürətlə axıb keçir. Belə olduğu halda özünüz üçün bəzi şeylər etməyə nə deyirsiniz?
Qadınlar.biz  olaraq, yenə "Anı yaşayın!” şüarı ilə yola çıxdıq və sizi yoran gündəlik həyəcanları bir kənara qoyub, özünüz üçün etməniz lazım olan 15 maddəni topladıq:

1. Yerinizdə saymayın və özünüzü inkişaf etdirməyə davam edin. Sərhədləri qırıb keçin və böyük xəyalların arxasınca gedin. Yaşıdlarınız və ya bu işi sizdən əvvəl görənlərdən daha yaxşı olmaq üçün özünüzü yormayın. Hər zaman daha yaxşı şeylər etmək üçün məhz əvvəlki özünüzlə rəqabət aparın.
2. Daxili səsinizə qulaq asmaqdan imtina etməyin. Başqalarının nə dediyi, nə düşündüyü sizin üçün ilk sırada gəlməsin. Qoy, hər kəs öz daxili səsinə görə məsul olsun. Hər kəsi öz fikri ilə təkbətək buraxın.
3. Öz ayaqlarınız üzərində dimdik yeriməyə çalışın. Başqalarının sizdən gözlədiyi yoldan getməsəniz, bu vəziyyət bir az narahatlıq yarada bilər. Təşvişə düşməyin, bu onların problemidir, sizin deyil. Hamı özündən başqa hər kəsin necə yaşaması lazım olduğuna dair hökm çıxarmağı sevir. Siz isə öz daxili səsinizə qulaq asın.
4. Qorxu hissinizlə mübarizə aparın. Qorxu xəyalların qatilidir. Qorxunun gələcəyinizi formalaşdırmasına yol verməyin. Sonda ya rahat, ya da cəsarətli olacaqsınız, amma hər ikisinin də eyni anda olmasını gözləməyin.
5. Realist olmağı bir az kənara qoyun. Uğur qazanmaq üçün bunda az da olsa fayda var. Tamamilə reallığa baxmaq sizi qaramsallq və ruh düşkünlüyünə aparıb çıxarır. Çox vaxt belə halda, işə başlamamış son qoyulur.
6. Görülməsi lazım olan işləri təxirə salmayın. Dünyaya uğurlu olmaq üçün  gəlmisiniz. Ancaq bunun üçün plan qurmalı, hazırlaşmalı, gözləməli və dinclik bilmədən çalışmalısınız.
7. Əziyyətlərinizə qucaq açın. Keçmişdə çəkilən hər bir əziyyət insanı kamilləşdirir və gələcəkdəki çətinliklər qarşısında daha da əzmli edir. Nə qədər xoşagəlməz olsa da, istədiyiniz nöqtəyə çatmaq üçün bəzi çətinliklərlə qarşılaşmağınız lazımdır.
8. Səhv etməkdən qorxmayın. Səhv etmək boş-boş durmaqdan yaxşıdır. Səhvlərinizdən çox şey öyrənəcəksiniz. Etdiyiniz səhv nə qədər pis olursa olsun, həyatda peşmançılığa yer yoxdur. Bu halda ancaq perspektivinizi aşkara çıxaran dərslərə yer var.
9. Yıxıldıqdan sonra təkrar ayağa qalxmaqdan imtina etməyin. Ən güclü və uğurlu insanlar daim qalib gələnlər deyil, uduzsalar da, təkrar ayağa qalxmağı bilənlərdir.
10. Əlinizdən gələni edin. Nəyisə itirsəniz, bunu bir itki kimi göstərməkdənsə, getdiyiniz yolu işıqlandıracaq hədiyyə kimi görün.
11. Sizə ağız əyənlərə məhəl qoymayın. Qurduğunuz xəyalları kiçildən, sizihər fürsətdə tənqid edən insanlardan uzaq durmaqdan və yaxud da onlara layiq olduğu cavabları verməkdən çəkinməyin.
12. Gələcəyiniz üçün kiçik addımlar atın. Hər şey bir anda baş vermir, addım-addım uğurunuza doğru gedin.
13. Daha da yüksəklərdə qanad açın. Sizi aşağı dartan zəncirlərdən xilas olmadığınız müddətdə gələcəyə qanad aça bilməzsiniz.
14. Gülümsəməkdən imtina etməyin. Necə bir vəziyyətin içinə düşürsünüz düşün, ürəyinizdəki ən kiçik sevinc qırıntısını itirmədən gülümsəyin. Beləliklə, xoşbəxtlik və ya bədbəxtliyi qarşılaşdığınız halların deyil, davranışınız və mövqeyinizin müəyyən etdiyini öyrənəcəksiniz.
15. Pozitiv düşünün. Fikirlər güclüdür, onlar həm yaratmağı, həm də dağıtmağı bacarırlar Ətrafınıza baxın, bütün həyatınızın sizin fikirlərinizdən meydana gəldiyini görəcəksiniz. Bunu bilərək addımlarınızı atın.

loading...
(səs: 1)
Şərhlər: 10
Baxılıb: 785
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Onun_Mələyi
Duzgun qeyd edilib .insan yixildiqda ayaqa qalxmaqi bilmelidir .Pozitif duwunmeli .her weyi ureyine salmamalidi.Melumat ucun tewekkler....
18 iyul 2016 14:29
10
Qadınlar polislər kimidir;Əllərində bütün dəlillər vardır amma yenə də etiraf etmənizi istəyərlərutandim
Offline
HAPPY_EYES
uqurlu olsun hamiya
18 iyul 2016 14:25
9
EVERYTHING WILL BE OKEY, IF YOU ARE BE PATIENT!!!!!
Offline
vipbetul
cox gozel fikirlerdir insani heyata adaptachiya eden fikirlerdir
18 iyul 2016 14:11
8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
RuZa
Deyerli xeberdi cox sagolun :)
18 iyul 2016 13:42
7
Keske her kesin acimasiz oldugunu evvelceden anlaya bile insan..

Necə də qəribədir məni qırdığın yerdə hələdə səni saxlamam....
Offline
tatyana
Gozel meslehetlerdi,insan ozu ozunu oyretmeli herseye
18 iyul 2016 10:32
6
QELBİMİ PARAMPARCA EDEN İNSANLARIN QELBİNİ ALLAHIMA TAPŞIRDIM.....ALLAHIM SEN BİLEN YAXŞI
Online
Totu
Təşəəkkürlər maraqlı məlumatdır
18 iyul 2016 08:19
5
Offline
Wirin Meleyim
Twk maragli idi
18 iyul 2016 08:09
4
...
Offline
BARBI
En esasi heyati sevin pozitiv dusunun. Her zaman insanlarla xos davranin
18 iyul 2016 08:05
3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Gülüş.
Maraqli melumatlardi
18 iyul 2016 07:33
2
Online
Barbaris
maraqli melumatlar oldu
twkler....
18 iyul 2016 01:10
1
Xarakterimi ya da xasiyyətimi bəyənməyən insanları mecbur yanımda saxlamıram
Bir sözlə "Yol açıqdır"

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv