Yanvar - ayı Romanın başlanğıc, giriş, zaman Tanrısı olan Janus-un adından
götürülmüşdü. Bu Allah əks istiqamətlərə baxan iki sifətli kimi diqqətə
təqdim olunmuşdu. Üzünün biri önə, yəni gələcəyə, digəri isə arxaya
baxan, yəni keçmişə nəzər salan mif kimi vurğulanır.
Fevral - ayı öz əsasını Sabina mədəniyyətindən götürür. Sabina Romanın
yaxınlığında yerləşən ərazidir, tarixi və landşaftına, xalqın adət
ənənələrinə əsaslanan insan məskəni olub. Romada fevral ayının 15-də
qeyd olunan festival hətta "februa” adlandırılıb.
Mart - ayı təqvimin 3-cü ayı və yeni ilin başlanğıcı hesab olunur. Bu ay zamanın yenilik müharibəsi və "Mars” ayı kimi qeydə alınıb.
Aprel - ayı Yunan sevgi və gözəllik ilahəsi olan Afraditanın şərəfinə adlandırılan ay kimi diqqətə çatdırılır.
May - ayı fransız sözü olan "Mai”-dan götürülmüşdür. Maia yaz ilahəsi olan
və yaşlı Romalı Faunus və onun həyat yoldaşı Vulcanın qızı olduğu
fərziyyə edilir. "Maia” sözü "böyük biri” deməkdi.
İyun – ayı Romanın panteon ilahəsi sayılan Junosun adı ilə bağlıdır. O evlilik və qadınların gözəl rifahı kimi simvolizə edilir.
İyul - ayı Yuli Sezarın Roma kalendarının bərqərar olması zamanı öz adının bu aya verilməsi ilə yaddaşlara həkk olunub.
Avqust -
ayı Avqust Sezarın Yuli Sezardan sonra təqvimə yeniliklər əlavə etməklə
və öz adının Sezardan sonrakı ayla adlandırmaqla diqqətdədir.
Sentyabr - ayı Latın dilində "yeddi” sözündən götürülmüş və təqvimin 7-ci ayı hesab olunur.
Oktyabr – ayı köhnə Roma təqviminə əsasən "səkkizinci” deməkdir, bu şimal
yarımkürəsində payız ilə, cənub yarımkürəsində yaz fəslini birləşdirir.
Noyabr – ayı Latın sözü "doqquz”-dan götürülmüşdü və hətta yanvar və fevraldan sonra Roma təqvimində adı toxunulmaz qalır.
Dekabr – ayı Latın sözü "on”-dan götürülmüşdü və mənası 10-cu deməkdi.
Yuri
Sezar o dövrün təqvimindəki qarışıqlığı həll etməsi üçün Misirli
astronom Sosiginesə əmr verir.O zamanlarda 1 ilin 365 gün 6 saat davam
etdiyi bildirilir.
Sosigines belə həll edir: Hər il 365 gün
çəkəcək.Hər ildən qalan 6 saat 4 ildən bir təqvimə əlavə olunacaq.Və o
il 365+24 saat=366 gün olacaq.
366 gün 12 bərabər hissəyə bölünmədiyi üçün 6 ay- 30 gün,digər 6 ay isə-31 gün çəkəcək.
Yaxşı,365 gün olan illərdə gün bölgüsü necə olacaq?
Sezar əmr verir:365 gün çəkən illərdə ən son aydan 1 gün ləğv
olunsun.O zamanlar ilin son ayı Fevral, ilk ayı isə Mart idi.
Beləcə,fevral
ayı 4 ildən bir 30 gün,digər illərdə isə 29 gün olmuşdu.Sezar bununla
da kifayətlənməyib,doğulduğu aya öz adını vermişdi.JULİUS-yəni İyul.
Sonradan
imperator olan Oktavian Avqust(Augustus),Sezardan geri qalmamış və
sonrakı aya öz adını vermişdi.August-yəni Avqust.Lakin Sezarın
ayının(İyul) 31 gün, avqust ayının isə 30 gün olması ilə razılaşmayan
imperator əmr etmiş:İlin son ayından daha bir gün alın və mənim ayımı 31
gün edin.
Fevraldan 1 gün daha alınmış və Avqusta əlavə
olunmuşdu.O gün bu gündür,fevral ayı 4 ildən bir 29,qalan illər isə 28
gün çəkir.İyul və Avqust ayı isə yeganə aydır ki,dalbadal 31 gün çəkir.