Güzgünün sirləri və qorxulu tərəfləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 4 124
Səs ver:
(səs: 0)
Səhər oyanan kimi güzgüyə baxırıq. Axşam yatmazdan əvvəl də qeyri-ixtiyari olaraq güzgüyə nəzər yetiririk.Sanki hər gün onunla salamlaşıb,sağollaşırıq.Hətta ağlayanda da güzgüyə baxıb,göz yaşlarımızı silirik.Güzgü - energetik örtüyə,səthə malikdir.O,həm mənfi,həm də müsbət enerjinin daşıyıcısıdır.Güzgülər qədim dövrə malikdir. Hamilə,zahı qadınlar güzgüyə yalnız səhər və günorta baxa bilərlər.Axşam güzgüyə baxmaq qəti olmaz.Yoxsa şər qüvvələrin təsirinə məruz qalarlar. Ümumiyyətlə gecə yatanda güzgünün üzərini örtmək məsləhət görülür.

Toy günü güzgü öndə gedir. Bunun da əsas səbəbi bəy-gəlinə dəyə biləcək göz-nəzər,bəd niyyət və mənfi enerji güzgüyə hopsun,cütlüklərə ziyan vurmasın deyə. Yeni doğulmuş körpəni 6 aylığına kimi güzgüyə yaxınlaşdırmaq olmaz.Çünki uşağın bəsirət gözü o vaxta kimi açıq,aura qatı zəif olur.O səbəbdən də güzgü uşağın ruhunu apara bilər.Yaxud da ən dəhşətlisi uşaq gec dil açıb,gec yeriyə bilər.Bunuda deyim ki uşaq güzgüdə özün görüb qorxada bilər .Hər zaman güzgüyə baxarkən təbəssüm edin.Güzgüdə gördüyünüz o xoş,enerji dolu təbəssümünüz,gözəl əhval-ruhiyyə ilə sizin özünüzə qayıdacaq.. Güzgünün o tayında nə var? Misteriyaya görə, güzgü energetik örtüyə, səthə malikdir. O eyni vaxtda iki aləmdə, iki ayrı zamanda mövcud ola bilir.

Güzgüdə gördüyümüzün yarısı bizim real dünyaya, ikinci tərəfi isə o biri qaranlıq və sirli aləmə bağlıdır. O, həm mənfi, həm müsbət enerjinin daşıyıcısıdır. Güzgü cazibə və əks təsiretmə qüvvəsinə malikdir. İnanmırsızsa, televizorun pultunu götürün, onu hər dəfə etdiyiniz kimi birbaşa televizora tuşlayıb basmayın. Pultu güzgüyə tuşlayıb, kanalları çevirin. Görəcəksiz ki, kanallar asanlıqla dəyişir. Deməli, güzgü istənilən şüanı tutub, lazımi istiqamətə yönəldir. Psixologiya elmi çoxdan sübut edib ki, güzgü insanın emosiyalarını yadda saxlayır, özünə hopdurur, sonra bu emosiyalar enerji şəklində ona baxan insana ötürülür. Güzgüdə gördüyümüz sadəcə, şəkil deyil. Orada güzgü aləmində yaranmış əkiztayımızı görürük. Biz öz aləmimizdə, evimizdə yaşadığımız ki, o da güzgü aləminin sakinidir.

FAKT KİMİ: Qədim insan ilk dəfə öz surətini suda görüb. Maraqlısı odur ki, su da güzgü kimi informasiya daşıyıcısıdır, su da müsbət və mənfi yüklü ola bilir. Əntiq güzgü almayın! Əntiq güzgülər də qədim qəsrlər kimi ağır, sirli, dərinliyində ruh və kabuslar məskunlaşmış ola bilər. Keçmişdə yaşamış və bu güzgüdən istifadə etmiş, artıq həyatda olmayan insanların xatirələri, izləri güzgüdə qalır. Heç bir əşya-hətta daraq belə güzgü qədər insana bağlı olub, öləndən sonra onun haqda informasiyanı saxlamır. İçində ruh əsiri olan kabus güzgünü nə baxıcı, nə cadugər, nə keşiş təmizləyə bilməz. Yeganə yol - kənar yerdə güzgünü sındırmaqdır. Adətən, belə güzgülər buz kimi soyuq və tükürpədici olur. Qatil güzgülər Orta əsrlərdə varlı ingilis taciri öz arvadını xəyanətdə suçlayaraq, onu elə bəzəndiyi güzgünün qarşısında öldürdü. Həmin il evi başqa ailə alır, bir gecə evin xanımını güzgünün qarşısında ölü tapırlar. XIX əsrin qatil güzgüsü bir neçə dəfə alınıb-satılan evin sahibələrinin axırına çıxmışdı. Güzgü əlamətlərinin əsl mənası Ölü öləndə güzgünün üstü bağlanır, ona görə ki… Güzgü iki aləmi birləşdirən qapıdır. Ölən adamın ruhu bədəndən çıxan kimi yolu səhv sala bilər və ya öz bədəninə qayıtmaq istəyər. O zaman real bədənə yox, güzgüdəki bədənə keçəcək. Çünki əsl bədəndə ruhun qayıda biləcəyi nöqtə bağlanır. 

Bədən evdən çıxarılıb dəfn edilsə də, ruh güzgü labirintində əbədi qalacaq. Güzgüdə əsir olan ruh narahat ruhdur, evdəki canlı insanların aurasına ağırlıq gətirib, bədbəxtliklərə səbəb ola bilər. İnsan yatarkən də ruhu bədəndən çıxır, bədən iflic vəziyyətində olur, ancaq ruhun bədənə qayıdış dəliyi bağlanmır. Yatan adamın yuxular aləminə səyahətə çıxan ruhu güzgüdəki ruhla təmas yarada bilər. Güzgüdəki ruh bu ruhu çağıra, zərər vurmağa qadirdir. Belə vəziyyətin real həyatda təzahürü: dəhşətli yuxular, yuxuda azmaq, kimsə tərəfdən çağırılmaq, boğulmalar. Ruhlu güzgünün təsirindən insan hətta yuxuda ölə də bilər. Güzgü ilə zarafat etməyin. Güzgü ilə fala baxanların acı aqibəti Demək olar ki, bütün xalqların folklorunda, qaranlıq otaqda güzgü və şamlarla bəxt falabaxması mövcuddur. Bizdə Novruz bayramında hamı yatandan sonra əlində şam və qabda yanan kağızla güzgüyə yaxınlaşıb, həsrətlə gələcək ərini görməyə cəhd edən qızlarımız var. ( bir çox magik üsullara maraq göstərən, bəzən o üsulları təcrübədən keçirtməyə belə risk edən bir şəxs kimi deyə bilərəm ki, məhz güzgü ilə olan inanclar mənə çox qəribə və qorxulu gəldiyindən heç vaxt sınamamışam və məsləhət görməmişəm. Və nə yaxşı ki, sınamamışam.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 4 124
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri