"Sfinks” sözü yunancadan tərcümədə "boğucu”, "boğan” mənasını daşıyır.
Sfinks – qadın başlı, şir bədənli, quş qanadlı mifoloji bir varlıqdır.
Bu nəhəng heykəl Misir piramidalarının yaxınlığında yerləşir və təxmini
6500 il yaşı var. Əgər fikir vermisinizsə, bu heykəlin burnu yoxdur,
daha doğrusu, burnu sındırılıb. Neçə əsrlər idi ki, bunun günahını gah
almanlarda, gah britaniyalılarda, gah da ərəblərdə görurdülər. Daha
sonra isə günahın Napoleonda olduğu qərarına gəldilər. Amma bu
ittihamlar əsassızdır, gümanlardır.
Deyilənə görə, Sfinksın burnu Misirdə gedən müharibələr zamanı yadelli
ordular tərəfindən sındırılmışdır. Digər iddiaya görə, I və yaxud da II
Dünya Müharibəsi illərində Britaniya və ya Almaniya ordusu tərəfindən bu
vandalizm törədilmişdir. Amma bu fikirin yanlış olduğuna dair faktlar
var: 1886-cı ildə çəkilmiş fotolarda Sfinks burunsuzdur.
Napoleona gəldikdə isə, yenə də, Sfinksın burunsuz olmasını təsdiqləyən
rəsmlər mövcuddur. Avropalı səyahətçilər tərəfindən 1737-ci ildə
çəkilmiş rəsmlər vardır ki, burada Sfinks burunsuz təsvir olunmuşdur. Bu
rəsmlər fransız imperatorunun doğumundan 32 il əvvəl çəkilmiş
rəsmlərdir.
Faktların yalan çıxmasına baxmayaraq, misirli ekskursiya rəhbərləri
ölkəyə gələn turistlərə Sfinksın burnunun Napoleon tərəfindən
qopardılaraq Luvra aparıldığını söyləyirlər.
Araşdırmaçıların tarixi faktlarına əsaslanaraq, Sfinksın burnunun
sındırılmasında əsas günahkar sufi fanatı Məhəmməd Saim – Əl – Dah hesab
edilir. Deyilənlərə görə, Sfinksın burnunu 1378- ci ildə bu adam
sındırmışdır və onun törətdiyi vandalizmə görə, yerli əhali onu döyərək
öldürmüşdür.
Daha
çox həqiqətə uyğun səbəblərdən biri isə heykəlin 6500 il səhra
küləyinin və hava durumunun təsiri altında bu hala düşməsidir. Belə ki,
Sfinksın burunsuz qalması, uzun illər hava durumunun əhəng daşına
təsirinin nəticəsidir. Əsrlərlə səhranın ortasında "ömür sürən”
Sfinksın çoxsaylı təbii kataklizmlərə məruz qalması həqiqətən daha çox
oxşayır.