Qrip olarkən çoxları parasetamol və ya limonla bal qarışığından hazırlanmış məhlulu qəbul edir.
Yeni
aparılmış tədqiqatın nəticələrinə görə, əfsanəvi "Queen” qrupunun
"Bohemian Rhapdosy” mahnısına qulaq asan hər kəsin əhvalı və səhhəti
yaxşılığa doğru dəyişir.
Yeni
sorğu əsasında məlum olub ki, xəstəlik və depressiya zamanı
keyfiyyətli musiqiyə qulaq asan insanların 90 faizində əhval yüksəlir.
İnsanların 80 faizi isə bildirib ki, onlar xəstə və əzgin vaxtlarında
musiqi dinləyərkən vəziyyətləri düzəlir.
Maraqlısı
odur ki, sorğuya görə, xəstə olan insanların əksəriyyəti "Queen”
Britaniya rok qrupuna məxsus "Bohemian Rhapsody” ifasına üstünlük
verib.
Altı dəqiqəlik mahnı 1975-ci ildə qrupun solisti Freddi Merkuri tərəfindən yazılıb.
Xəstə
insanların əhvalını qaldıran ikinci musiqi isə İsveçin "ABBA” qrupuna
məxsus "Dancing Queen” mahnısı olub. Üçüncü yerdə isə Farell Uilyamsın
"Happy” mahnısı gəlir.
İnsanların
70 faizi xəstəlik zamanı mahnıya qulaq asmaq istəyir. 36 faizi isə
sağalmaq üçün musiqidən çox, səsə qulaq asmağa üstünlük verir.
Sorğuda 1000 nəfər insan iştirak edib. Sorğu BBC radio stansiyasının illik layihəsi çərçivəsində baş tutub.