Ərəb və Yəhudilər niyə sağdan sola doğru yazırlar?

Şərhlər: 3
Baxılıb: 2 216
Səs ver:
(səs: 1)
Bizim dilimizdə daxil olmaqla dünyanın bir çox yerində yazı soldan sağa doğru yazılır. Ancaq ivrit və ərəb dillərində bu tam əksindər. Bəs bunun səbəbi nədir?

Dilçiliklə maraqlanan insanlar üçün bu sualın cavabı əslində qəliz deyil. Belə ki, bu dillər planetin ən qədim dillərindən hesab edilir. Bu qədim yazılar Mesopotamiyada yaranmağa başladığında insanlar yazıları daş üzərində yazırdı. Onların isə əksəriyyəti üçün çəkici daha sağ tərəfdən vuraraq yazmaq daha uyğun və rahat idi. Məhz bu sadə səbəbə görə də bu qədim dillərin yazılışı belə formalaşıb.

Sonrakı illərdə romalıların soldan sağa doğru yazmağa başlaması isə yenə istifadə olunan alətlərlə bağlıdır. İlk zamanlarda yazı üçün istifadə edilən mürəkkəb gec quruduğundan soldan sağa doğru yazmaq daha münasib idi.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 216
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri