Azmı üz çevirdim başqa üzlərə?

Şərhlər: 3
Baxılıb: 1 912
Səs ver:
(səs: 2)
Bağışla Ana, mən eşq'ə çox pis aldandım. Uşaq idim bilmədim, hansısa küçədə sevgimi oğurladılar. Uşaqlıq etdim, qəlbimi. Bu aciz qəlbimi, 'qırılan oyuncaqlardan' zənn etdim..

Azmı üz çevirdim başqa üzlərə. Gözünə baxmağa 'gözüm olsun' deyə.
Gün üzü görməyən xəyallarımı, gedişinin eşq'ə kölgə saldığı günlərdə qurutdum. Bəs buludundan nəm alan gözlərim, onlar necə quruyacaq?

Nə bu şəhərdə qaldım, nə də burdan gedə bildim. Varlığında yoxluğuna, yoxluğunda varlığına göz doldu. Sevdin mi, sevmədin mi? Birləşdik mi, ayrıldıq mı? Heç bilmədim. Həmişə iki ayrı yerdə idik biz. Mən şeir yazardım, sən gözünü yumardın. Bilməzdin, gözlərindən 'ilham aldığımı'. Verdiklərinidə alaraq getdin...

Çox dərindən kəsdim ümidlərimi, yüksək miqdarda 'sən' itirirəm. Gözlərim dur dedi gözbəbəklərimə, ama yenə durmadılar. Və yaşlar töküldü..


Çünki yarım qalmış hər insan, açacağı qapını 'yarı' açar. Çünki yarım qalmış hər hekayə, qəhrəmanlarında 'yara' açar. Həmişə belə oldu, hər zaman belə olar.. 

'Cahil cahil danışmayın, dönəcək. Bilirki mən varam, bilirki keçmişi var burda. Burda yarım qalan hissi, gözləyəni var'. Sonra gözümü ayaq uclarıma dikərək 'yəqin işi çıxıb, yoxsa gələrdi bilirəm' dedim..

Günah məndə deyilki, şeir idi gözlərin, şeir idi ətrin. Yazmasam xəyanət olardı. Yazdım. Hansı günün qaranlığında getdin ki, səmam'dan bulud əksik olmur. Ki, gedişlərin utanc idi yaşanmamış gələcəyə. İndi səssiz səmirsiz otururam eləcə, dediyim kimi. Yaxşı ki qəlbimi tanıyan yoxdur..

Arxa bağçada unudulan bir çiçəyəm mən, səhifələrdə qurudulan yarpaq. Səmaya uçan azad bir quş. O qədər gözlədim ki, uşaq idim oyunlardan başqa bir şey bilməzdim. Sonra böyüdüm, uşaq qəlbimlə böyük işə girişdim. Durub səni sevdim, nə o çiçək sulandı birdə, nə o mavi səma, nə səhifə qaldı nə də uşaqlığım. Keçdi getdi..

Keşkə deyirəm, ağrıtmasa yoxluğun darıxan yanımı. Məsafələr, qəlbimdən qəlbinə olsa. Bir olsaq, baxanlar 'nə gözəl ləhcələri var, deyəsən sevgicədir' desələr. Artıq dünya gözü ilə sevsəm səni..

Azmı üz çevirdim başqa üzlərə. Gözünə baxmağa 'gözüm olsun' deyə.
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 1 912
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri