Şüurlu insan tarixində ən pis "qoxuyan” tanınmış kişilərdən söz açacağıq bu yazıda.
Bu
tanınmış şəxslər ömürləri boyu "heç vaxt çimməmək” ənənəsinə sadiq
olublar və heç vaxt da çimməyiblər. Bu şəxslərdən gələn iyləniş balıq və
3-4 həftələrlə yuyulmayan kirli corab qoxusuna hər adam tab gətirə
bilmirdi.
Lüdviq van Bethoven
Bethoven
hamam prosedurlarından birdəfəlik imtina etmişdi. O bunu onunla izah
edirdi ki, vanna otağındakı su boruları qurğuşundan hazırlanır və bu
borularla axan su onu zəhərləyə bilər. Sağlamlıq, əlbəttə ki, vacibdir.
Amma o, bu bəhanələrlə bəlkə də öz paranoyasını ört-basdır eləməyə
çalışırmış. Yaxın dostlarının isə, gecələr gizlicə onun evinə gəlib
paltarlarını yumaqdan başqa əlacları yox idi. Məgər o, bilmirdi ki,
onun paltarları yuyulan su da həmin qurğuşundan düzəldilmiş borulardan
axır?
Mao Tsedun: "Pələnglər yuyunmurlar...”
Maoizmin
əsasını qoymuş bu şəxs heç vaxt – nə səhərlər, nə də ki, axşamlar
gigiyenik yuyunma prosedurlarına əməl etmirdi. O, bunu belə izah edirdi:
"Pələnglər heç vaxt yuyunmurlar, heç vaxt da dişlərini təmizləmirlər.”
O, yalnız ağzının pis qoxusu getsin deyə, ara-sıra çay yarpağı
çeynəyərmiş, ancaq və ancaq, elə bu zaman qulluqçu qadınlar onun belini
nəm dəsmalla silərmişlər. Maraqlıdır, bu məşhur diktator özünü pələng
hesab edirdisə, onda çiy ət yeməli idi, nəyinki, çay yarpağını çeynəmək.
Çarlz Hovard, XI Hersoq Norfolk
"Kirli
hersoq”, - Onu gözlərinə görə belə adlandırırdılar. Amma onun cismanı
və ruhi sağlamlığından kimsənin dəqiq məlumatı olmayıb. Bədəni su ilə,
sabunla yumağı Hovard təhqir hesab edirdi. Amma o, həddindən artıq şərab
içib, bərk yatan zaman onun sadiq qulluqçuları gigiyena naminə onun
bədənini nəm dəsmallarla silirdilər.
IV Henrix, Fransa kralı
Bu
Fransa kralı o qədər "xoş qoxulu” idi ki, bütün saray adamları onun
yanında duranda nəfəslərini saxlamağa məcbur olurdular. IV Henrix
ümumiyyətlə, heç yuyunmurdu və bunun nə olduğunu bilmirdi. Yuyunmağın nə
qədər əhəmiyyətli olduğunu da heç kəs ona başa sala bilmirdi. Belə bir
rəvayət söylənilirdi ki, Mariya Mediçi əri IV Henrixlə görüşərkən,
Mariya Henrixin gözəlliyindən deyil, onun bədənindən gələn pis qoxudan
huşunu itirmişdi.
II Böyük Fredrix, Prusiya kralı
Kral
II Fredrix Prusiya ərazisini 2 dəfə böyütməklə tarixdə böyük bir iz
qoyub. Bundan sonra o aktiv siyasi fəaliyyətini dəyişib, çox sevdiyi
San-Susi qəsrində sakit bir həyat yaşamaq qərarına gəlir və qəsrə özü
ilə çoxlu sayda it aparır. O, yalnız itlərin hər yanı
bulayıb-batırmasına icazə verirdi. Qulluqçular qəsrdə itlərin batırdığı
yerləri təmizləmək istəyəndə II Fredrix qoymurmuş və bunu qulluqçulara
qəti qadağan edibmiş. Tarixi mənbələrə görə, bir müddət sonra sarayın
əsas otaqlarının bütün döşəmələri və otaqlardakı xalçaların üzəri 20 sm
qalınlığında it nəcisi ilə örtülmüşdü. Bununla belə Kral II Fridrix özü
sadə gigiyenik prosedurlara belə heç vaxt əməl etmirmiş, alt paltarını,
döşək ağını və əynini də heç vaxt dəyişməzmiş. Qulluqluqçuların
söylədiklərinə görə, kral vəfat edən zaman məlum olmuşdur ki, sən demə,
onun köynəyinin kürək tərəfi kirdən çürüyübmüş.
Hovard Hyüz
XX
əsrin aviasiya qəhrəmanı, malı-mülkü milyardlarla hesablanan bu şəxs
1957-ci ildə qeyri-adi bir həyat tərzi keçirir. Belə ki, o, birdən-birə
lütlənib, film otağına girib və qapını arxadan bağlayıb. Otaqdan çıxan
Hovard həyata və öz gigiyenasına tamam başqa cür baxırdı. O, daha heç
vaxt dırnaqlarını tutmamaq, saçını səliqəyə salmamaq və çimməmək
qərarına gəlir. O, duş qəbulundan tamamilə imtina etmişdi. Dostlarının
və yaxınlarının heç olmazsa ildə bircə dəfə duş qəbul etməsini ondan
israrla xahiş etsələr də, onu yola gətirə bilmirdilər. Buna baxmayaq
Hovard öz tabeçiliyində olan işçi və qulluqçulara çox ciddi bir
səliqə-səhman qaydaları qoymuşdu. Belə ki, qulluqçularına hər gün
yuyunmağı və ona verilən hər bir şeyi bir neçə qat salfetlə örtməyi
tapşırmışdı. Belə bir deyim var, deyərlər: "Krallara, bir də axmaqlara
hər şeyə icazə verilir”.
Karl Marks
Karl
Marks tarixin ən dahi insanlarından biri idi. Onun fikrincə, təmizlik -
keçmişin qalığıdır, həm də burjuaziyaya məxsusdur və bir daha heç zaman
çimməmək qərarına gəlir. Karl iradəsi möhkəm adam olduğundan bu
qərarında qətiyyətli olur. Karl deyir, Marks eləyir!!! Onun dərisində
əmələ gələn çoxsaylı dəri xəstəlikləri belə onu bu fikrindən döndərə
bilmir. Karlı bir daha heç kəs, heç bir şey vanna otağına girməyə məcbur
edə bilmədi.