Ernest Heminquey ilə həyatını dəyiş…

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 1 941
Səs ver:
(səs: 1)
21 iyul 2014-cü ildə Ernest Heminqueyin dünyaya gəlməsindən 115 il ötdü. Aşağıda sizə dahi yazıçının həyatınızı yaxşı istiqamətdə dəyişmək üçün kömək edə biləcək ən yaxşı sitatlarını təqdim edirik:

Dünyadakı bütün insanlar iki qrupa bölünür. Birinci qrup insanlarla yaşamaq asan, onlar olmadan yaşamaq daha asandır. İkinci qrup insanlarla isə yaşamaq çox çətin olsa da, onlarsız heç cür mümkün deyil.

Əslində yazmaq çox asandır. Çap maşını arxasında əyləşirsən və qanını tökməyə başlayırsan.

Müharibə – nə qədər mütləq və ədalətli olsa da, hər zaman cinayətdir.

Heç vaxt sevmədiyiniz insanlarla səyahətə çıxmayın.

İnsanların əksəriyyəti heç vaxt biri-birilərini dinləmirlər.

Ətrafdakı insanların mənə daha maraqlı olması üçün içirəm.

Əvvəllər vətən uğrunda ölməyin necə gözəl bir şey olduğu haqqında çox yazırdılar. Lakin müasir müharibələrdə heç bir gözəl cəhət yoxdur. Sən hər hansı bir səbəb olmadan it kimi gəbərəcəksən.!

Dünyada ən iyrənc söz – təqaüddür.

İnsan yaşa dolduqca ağıllanmır. Onlar sadəcə daha ehtiyatlı olurlar.

Bir yerdən başqa bir yerə köçməklə özünüzdən qaça bilmərsiniz.

Əgər hər hansısa bir şeyi öz məmnunluğunuza görə etməkdən vaz keçirsinizsə, belə hesab edin ki, artıq yaşamırsınız.

İki insan bir-birini sevirsə, bu xoşbəxt sonluqla bitə bilməz.

Hər hansı bir fikirdən xilas olmaq istəyirsinizsə, onu bir yerə yazın.

Bir insana etibar edib-edə bilməyəcəyinizi yoxlamağın ən yaxşı yolu ona etibar etməkdir.

İstənilən qorxu istəksizlikdən yaranır.

Bütün sentimental insanlar çox qəddardırlar.

Əsl cəsarətli insanların duelə çıxmağı gərəksizdir. Lakin bunu adətən özünün cəsarətli olduğuna inanmaq istəyən qorxaqlar edirlər.

Bir şey sizi incidirsə, demək ona qarşı biganə deyilsiniz.

Biz hamımız yara almışıq. Və yara aldığımız məhz həmin yerlər bizim ən güclü yerimizdir.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 1 941
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri