Bəxtsiz bəxtəvər...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 139
Səs ver:
(səs: 2)
Hər birimizin həyatında heç bir şeyin yolunda getmədiyi dövr olur. Bu məqaləmizin qəhrəmanı isə eyni zamanda dünyanın həm ən bəxtəvər, həm də ən bəxtsiz insanı hesab edilə bilər.

Tanış olun – bu Xorvatiyadan olan musiqi müəllimi Frane Selak-dır. O dünyanın ən bəxtsiz insanları siyahısına layiqli olaraq liderlik edə bilər. Belə ki, qəzaya uğramız qatardan, yanan avtomobildən, bir neçə avtomobil qəzasından sağ olaraq çıxmış və hətta təyyarədən yıxılıb.

1962-ci ilin yanvar ayında Selak qatarla Dubrovnikdən Sarayeva səyahət edirdi. Nə baş verdiyi məlum olmasa da, qatar relsdən çıxır və birbaşa olaraq buzlu gölə doğru hərəkət edir. Bu qəza zamanı 17 sərnişin həlak olsa da, Selak buradan yalnızca əlini sındıraraq və bədənində bəzi göyərmələr ilə xilas olur. Bu hadisədən 1 il donra isə Zaqrebdən Riekaya təyyarə ilə səyahət zamanı təyyarənin qapısı açılır və Selak təyyarədən yıxılır. Onunla səyahət edən 19 nəfər həlak olsa da, Selak qar topasının üzərinə düşərək möcüzəvi şəkildə sağ qalır.

1966-cı ildə növbəti dəfə onun olduğu avtobus çaya düşür və 4 insan həlak olur. Selak isə heç bir xəsarət almadan sağ qalır. 1970 və 1973-cü illərdə onun avtomobilinin qəfil olaraq yanması hadisələrindən canını qurtara bilir. 1995-ci ildə isə onu şəhər avtobusu vursa da, o yenə xəsarət almır. 1996-cı ildə isə yük avtomobili ilə toqquşmamağa çalışarkən avtomobili ilə qayadan düşür. O avtomobildən çıxaraq ağacdan tutaraq xilas olur və avtomobilinin necə 300 metr boşluğa yuvarlandığının şahidi olur.

2003-cü ildə isə Selak Xorvatiya lotereyasından 1 000 000 dollar udur və bildirir: “Mən bilirdim ki, Allah bütün bu illər boyu məni izləyirdi”. Daha sonradan ona Avstraliyada Doritos reklamında çəkilmək təklifi gəlir və o qəbul edir. Lakin daha sonradan taleyini sınaqdan keçirməməyi qərara alır və imtina edir. O özünü dünyanın həm bəxtəvər, həm də ən bəxtsiz insanı hesab edir.

Dünyanın ən bəxtəvər insanı olsanız belə, bir gün Frane Selak ilə eyni məkanda ola bilərsiniz. Bu zaman isə artıq kimin bəxtinin daha güclü olduğu aydın olacaq…
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 2 139
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri