1 həftəyə 1 kitab oxumaq: bunu necə bacarmaq olar?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 959
Səs ver:
(səs: 2)
Bu sizin düşündüyünüzdən daha asandır və aşağıda təklif edilən üsuldan istənilən məqsədin

əldə edilməsi və istənilən materialın mənimsənilməsi üçün istifadə etmək mümkündür. Pianinoda ifa etməyi öyrənmək, yeni əcnəbi dil əldə etmək və s. bu kimi məşğuliyyətlər belə bu üsula şamil edilir.

İlk olaraq oxuma planı yaradın:
Birlikdə işləyəcəyiniz kitabları təyin edin. Bu məqsədlərinizi izləməyə imkan verəcək. Belə ki, bizlərdən bir çoxumuzun xyali tərtib etdiyimiz oxunacaq kitabların siyahısı çox tez bir zamanda qumdan hazırlanmış qala kimi uçub dağılır.

Kitabla bağlı düzgün seçim edin:
Kitab seçimi edərkən onun məhz olaraq özünüz üçün maraqlı olmasına diqqət yetirin. Bu zaman “50 səhifə qaydası”-nı yada salın. Bu qaydaya əsasən, kitab ilk səhifələrdən diqqətinizi cəlb etməyibsə onu oxumağa davam etməyə dəyməz. Çünki çətin ki, növbəti səhifələr diqqqətinizi çəkə bilsin.

Kiçik addımlara bölün:
Qalın bir kitabı 1 həftə ərzində oxumaq tapşırığı ilk baxışdan sizi qorxuda bilər. Kitabın ümumi səhifələrinin sayını 6-ya bölün, 1 günü isə beyin üçün istirahətə ayırın. Beləliklə, 300 səhifəlik kitabın öhdəsindən 1 həftəyə gəlmək üçün sizə bir günə 50 səhifə oxumaq lazım gələcək. Bu da ilk baxışda olduğu kimi elə də qorxulu və çətin deyil.

Xüsusi vaxt:
İlk başlayanlar üçün ortaq maneə – daimi zaman azlığıdır. Buna görə də, gündəlik cədvəlinizdə məhz olaraq kitabın oxunması üçün müəyyən zaman ayırın.

Sıx qrafik:
Təbii ki, heç də bütün kitablar 300 səhifədən ibarət deyil və bir həftəyə öhdəsindən gəlməyin çox çətin olduğu qalın kitablar da mövcuddur. Bu halda qrafikdən geri qalmağı daha nazik 1 və yaxud bir neçə az səhifəli kitabla kompensasiya edin.

Mümkün olan hər boş zamanınızda oxuyun:
İstənilən an bir neçə səhifə oxumağa hazır olun. İnformasiyanı böyük ölçülərdə qəbul etməyə can atmayın.

Yalnızca özünüzə maraqlı olanı oxuyun:
Sevdiyiniz işlə məşğul olduqda və sizə maraqlı olan mövzu haqqında yeni informasiya əldə etdikdə oxuma prosesi çox asan və hiss edilmədən həyata keçir. Əsas sirr də məhz bundan ibarətdir.
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 2 959
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri