Güc – puldadır, yaxud düşüncədə?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 497
Səs ver:
(səs: 2)
Geniş yayılmış ideyaya əsasən, varlı insanlarla yoxsul insanlar arasında olan fərq pullarla ölçülür. Əlsində isə bu yalnış düşüncədir. Burada həqiqət payı olsa da, bu yalnızca riyazi və xarici amildir. Əslində isə varlı insanın (daha dəqiq desək, sahibkarın) yoxsul insandan fərqi fərqli düşüncə tərzlərinə sahib olmalarındadır.

Bir dəfə Henri Ford-dan soruşmuşlar:

-Bütün sərvətinizi itirsəniz nə edərsiniz?
Henri Ford cavab verir:

-Hər şeyi sıfırdan başlayaram və artıq 5 ildən sonra həmin maliyyə uğuruna yenidən nail olaram.
Bu sübut olunmuşdur faktdır: Tutaq ki, şəxsi biznesə sahib olan bir sahibkar təsadüfən bütün sərvətini itirdikdə bir müddət sonra həmin sərvəti geri qaytara biləcək. Yoxsul şəxs isə təsadüfən varlandıqda böyük ehtimalla tezliklə həmin pulları başqa əllərə təhvil verəcək. Belə ki, təsadüfən varlanan yoxsul öz kapitalını artırmaq məqsədilə heç bir tədbir görmür. Bütün bunlar isə yalnız bir amil – səhv etməkdən qorxmaq ilə bağlıdır.

Qorxu hissi isə yolunuzda əsas maneədir. Səhvlər edin! Yalnız bununla uğura nail olmaq olar. Bir çox insanlar qorxurlar ki, yatırdıqları pulları itirəcəklər və yaxud bu bir nəticə verməyəcək. Bundan qorxmaq lazım deyil. Əgər bu baş versə belə bunu özünüz üçün bir fayda olaraq bəul edin və gələcəkdə təcrübə kimi istifadə edin.
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 2 497
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri