Milyonlarla dollar qazanmış azyaşlılar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 1 965
Səs ver:
(səs: 2)
İstənilən yaşda milyonlarla dollar qazanmaq mümkündür və bu yalnızca birja və yaxud online oyunlarla reallaşmır. Bu məqalədə 3 gənc milyonçu və onların biznesi haqqında qısa məlumat verəcəyik. Az yaşa sahib olmaqla biznesin hansı sahələrindən milyonlarla dollar əldə etmək mümkündür?!

Online bilet satışı – Coşua Dzabyak
2005-ci ildə 18 yaşlı Coşua özünün ilk hosting şirkəti olan Mediacatch-i 1 milyon dollardan artıq bir məbləğə satır. O özünə “Mercedes” avtomobili, geniş ekranlı televizor alır, geri qalan məbləği isə yeni biznesə sərmayə yatırır. Bununla yanaşı, o Showclix adlı sayta sahibdir ki, bu sayt kollec, konsert zalları və digər mədəniyyət mərkəzlərinə online, telefon və kassa formasında bilet satmaq imkanı verir. 2009-cu ildə o 1 milyon dollar investisiya cəlb etmişdi, onun şirkəti isə 2,75 milyon dollar olaraq qiymətləndirilmişdi. Keçən il gənc milyonçu bilet satışından 9 milyon dollar gəlir əldə etmişdi.

Trüfel idxalı – Yan Purkayastxa
3 il əvvəl 15 yaşlı Yan Purkayastxa trüfel idxal etməyə və onları restoran və mağazalara 1 kiloqramı 12 000 dollardan satmağa başlayır. O Hyustonda doğulmuşdu və uşaqlığında evlərinin yanındakı meşədən göbələk toplayırdı. Trüfel idxalı çox çətin işdir və burada zaman nəzarət çox vacibdir. Çünki trüfelin saxlanma müddəti cəmi 7 gündür. Yan ABŞ, Arkanzasda ilk trüfel bazası açır, onun şirkətinin satışlardan əldə etdiyi gəlir isə 1 milyon dollara yaxınlaşır.

Avtomobil saytı – Ceyson Brayan
Ceyson Brayan 2008-ci ilin yayında məktəbi bitirdikdən sonra Floridada avtomobil ticarəti ilə məşğul olan şirkətin marketinq departamentində işləməyə başlayır. O bilirdi ki, marketinqin gələcəyi internetlədir. Brayan öz yığım vəsaitlərindən 10 000 dollar xərcləyərək istehlakçıların rahatlıqla maşın axtara biləcəyi sayt yaradır. Autocricket.com saytı müştərilərə avtomobil barədə məlumatları sataraq gəlir qazanmağa başlayır. Onun 2009-cu ildə əldə etdiyi gəlir 1,2 milyon dollar, 2010-cu ildə isə artıq 6 milyon dollar təşkil edirdi.
(səs: 2)
Şərhlər: 2
Baxılıb: 1 965
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri