Maliyyə tarixinin ən inanılmaz hadisələri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 1 976
Səs ver:
(səs: 2)
Sahibkarların öz şəxsi pullarını dövriyyəyə buraxması:
1862-ci ildə Amerikada vətəndaş müharibəsinin ikinci ili yaşanırdı. Bu zaman dövlət tərəfindən zərb edilən qəpiklər yoxa çıxır. Biznesi idarə etmək demək olar ki, mümkün deyildi. Dövlət iki hissəyə bölünmüşdü və belə olduqda hər bir tərəf özünün şəxsi kağız banknotlarını çap etməyə başlayır. Son nəticədə, müxtəlif biznes növlərinin nümayəndələri özlərinin pul nişanını zərb etməyə başlayır və bu pullar hazırda Vətəndaş müharibəsinin jetonları kimi məşhurdur. Mağaza sahibləri, hərbçilər və adi vətəndaşlar bu jetonlardan istifadə edirdilər. Bu jetonların üzərində isə ya onu zərb edən biznes nümayəndəsinin adı, yaxud da vətənpərvər bir şüar əks etdirilirdi. Problem isə ondan ibarət idi ki, o zaman Amerika iqtisadiyyatı hələ də qızıl standartına bağlı olduğunundan zərb və yaxud çap edilən hər valyutanın arxasında dövlətin ehtiyat fondunda saxlanan müəyyən həcmdə qızıl dayanırdı. Bu isə o demək idi ki, dövriyyədə mövcud olan külli miqdarda “şəxsi valyutalar” əslində heç bir dəyəyə sahib deyildilər. Bu hadisə 1864-cü ildə federal rəhbərliyin məsələyə müdaxilə etməsi və ciddi şəkildə bu cür pullardan istifadə edilməsini qadağan etməsi ilə başa çatdı. Bu qadağanı pozanları isə 2000 dollar cərimə və hətta 5 il həbs cəzası gözləyə bilərdi.

Pul çap edən Britaniya gəmisi:
Təsəvvür edin ki, öz poçt qutunuzu yoxlayırsız və bu zaman qalın pul bağlaması aşkar edirsiniz. Bu şad xəbəri dostlarınız ilə bölüşməyə tələsirsiniz və bu zaman aydın olur ki, onların da hər biri eyni vəziyyəti yaşayıb. Növbəti gün poçt qutusunda daha çox pul aşkar edirsiniz. Müəyyən vaxt keçir və artıq hər gün əldə etdiyiniz bu pulları qoymağa yer tapmırsınız. Küçələrdə külək pulları o tərəf bu tərəfə sovurur. Qəzetlərdə kağız qiymətinə pul təklif edən elanlara rast gəlməyə başlayırsınız.

Hər şey isə belə başlamışdı:
Amerikalıların ilk pul çap etmək cəhdi 1775-ci ildə Müstəqillik uğrunda müharibənin əvvəlində edilmişdi. Kontinental konqres hərbi xərcləri qarşılamaq üçün nəzərdə tutulmuş “kontinental dollarlar” adı ilə məşhur olan banknot buraxır. Bu dövrdə iqtisadiyyat hələ qızıl standartına bağlı deyildi və buna görə də, kontinental dollar fiziki olaraq heç nə ilə təmin edilməmişdi. Bu zaman Britaniya düşmənin planlarına əngəl olmaq məqsədilə Phoenix adlı hərbi gəmidə analoji qurğu yerləşdirir. Bu gəmi Nyu-Yorka yaxın ərazidə idi və britaniyalılar gəminin içərisində saxta “Kontinental dollarlar” çap etmək niyyətində idilər.

Bu tarixin ilk hərbi maliyyə diversiyası idi. Burada əsas plan yeni pullara qarşı etibarı sarsıtmaq, Amerika iqtisadiyyatını çökdürmək və Britaniyaya qələbə qazandırmaq idi. Çap edilən saxta pulların sayı kifayət qədər çox idi və tezliklə bazarı öz cənginə alır. Onların planı müəyyən mənada işə yarayır və amerikalılar kontinental dollara şübhə ilə yanaşmağa başlayır və ondan imtina edir. Artıq bu pullardan ödəniş vasitəsi kimi istifadə etmirdi və heç kəs də onları qəbul belə etmirdi. Britaniyalılar öz planlarının uğurundan o qədər əmin idilər ki, hətta bunu etdiklərini gizlətmirdilər. Onlar 1777-ci ildə Nyu-York qəzetlərində elan yerləşdirərək bu saxta pulları kağız qiymətinə satdıqlarını bildirirdilər. 1781-ci ildə saxta pullar kontinental dolların dəyərini tamamilə məhv edir və konqress onları dövriyyədən çıxarmaq qərarına gəlir.

13 600 000 000 000 000 faizli macar inflyasiyası:
Macarıstan 1945-1946-cı illərdə dünya tarixində ən yüksək səviyyəli hiperinflyasiyanı yaşayıb. Bu zaman inflyasiya özünün pik həddində bir gün ərzində 200% təşkil edirdi və hər 15 saatdan bir qiymətlər iki qat artırdı. 20-ci illərin əvvəlində Macarıstan Birinci dünya müharibəsindən ziyan görmüş digər ölkələr kimi inflyasiyanın qurbanına çevrilmişdi və bunun da nəticəsi 1925-ci ildə həyata keçirilən pul islahatı olur. İslahatlar nəticəsində macar kronu qızıl ilə təmin edilmiş penge ilə əvəzlənir və bu valyuta müəyyən zaman ərzində regionun ən sabit valyutası kimi çıxış edir.

İkinci dünya müharibəsindən sonra isə Macarıstan öz kapitalının 40 faizini itirir. Bundan əlavə, ölkə SSRİ-ə öz büdcəsinin təqribən 25-50 faizini təşkil edən həcmdə təzminat ödəməli olur. Macar hökümətinin yeni banknotlar buraxmaqdan başqa çarəsi qalmır. Son nəticədə, 100 milyard və 1 milyard penge dəyərində banknotlar yaradılır. Valyutanın bu sərbəst enmə prosesini yalnızca qızıl və digər əcnəbi qiymətli kağızlarla təmin edilmiş yeni valyuta “forint” buraxıldıqdan sonra dayandırmaq mümkün oldu.
(səs: 2)
Şərhlər: 1
Baxılıb: 1 976
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri