Suriya haqqında maraqlı faktlar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 3 620
Səs ver:
(səs: 1)
Suriyanın paytaxtı Dəməşq şəhəri dünyanın ən qədim daimi məskunlaşmış şəhəridir. Şəhərin yaşı təqribi olaraq 4000 ildən 10 000 ilə qədər qiymətləndirilir. Bu şəhərdən ən qədim olan yeganə şəhər olaraq isə Fələstinin Yerusəlim şəhəri göstərilir. Suriyada 4000 ildən çox yaşı olan digər bir şəhər isə Hələbdir.
Dəməşq və Hələb şəhərlərində qəsəbələr və evlərin 400 ildən çox yaşı var və bəzi küçələr isə hələ qədim dövrlərdə layihələndirilib. Dəməşqdə roma səddlərinə, bizans məbədlərinə, xristian kilsələrinə və qədim ərəb məscidlərinə rast gəlmək mümkündür. Ölkənin ikinci böyük şəhəri olan Hələb Türkiyə sərhəddinin yaxınlığında yerləşir.
Suriyanın ərazisi Yunanıstan, Bolqarıstan, Macarıstan və yaxud Avstriyanın ərazisindən böyük, lakin Belorusiyadan kiçikdir.
Suriyada təqribən 20 milyon ərəb və kürd dilində danışan 2 milyon kürd yaşayır. Burada ərəb və kürdlərlər yanaşı böyük qruplarda ermənilər, çərkəzlər, müsəlman olan yunanlar, suriya türkmənləri də yaşayır.
Müstəqil Suriya 17 aprel 1946-cı ildən mövcuddur və o bu zaman Fransa müstəmləkə ağalığından xilas olmuşdu.
Ölkədə YouTube, Blogspot və Facebook qadağan edilmişdir.
Suriyada tibb və təhsil pulsuzdur, təqaüd isə 60 yaşdan hesablanır.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 3 620
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri