Yeni Zellandiya haqqında ən maraqlı faktlar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 5 439
Səs ver:
(səs: 2)
Təqribi olaraq Avstraliya və Antarktida arasında yerləşən və 4,5 milyon nəfər əhaliyə sahib Yeni Zellandiya ən az əhali məskunlaşmış ərazi hesab olunur.

Yeni Zellandiya 1642-ci ildə hollandiyalı dənizçi Abel Tasman tərəfindən kəşf edilib. O komandasının bir neçə üzvünün ölkənin yerli əhalisi olan maorilər tərəfindən qətlə yetirilməsindən sonra buranı tərk edir. 1769-cu ilə qədər avropalılar buraya səfər etmirdilər. Yalnızca 1769-cu ildə kapitan Ceyms Kuk gəlir və adanı xəritəyə daxil edir. Yeri gəlmişkən, Yeni Zellandiya ərazisinə avropalılar gəlməmişdən öncə yerli maori əhalisi pullardan deyil, mübadilədən istifadə edirdi.
Ölkə öz ərazisinin unikallığı ilə qürurlana bilər. Belə ki, onun istənilən hissəsi okeana 130 kilometr yaxınlıqda yerləşir

Yeni Zellandiya sakinləri günəşin doğmasını hər kəsdən öncə görürlər.
Vellinqton Yeni Zellandiyanın paytaxtı və böyüklüyünə görə ikinci şəhərdir. Şəhər özünün möhtəşəm turistik infrastrukturu və qeyri-adi görməli yerləri məşhurdur. Həmçinin Vellinqton dünyanın ən cənub paytaxtıdır.
Yeni Zellandiya qeyri-korrupsiya baxımından ilk pilləni Danimarkaya verməklə ikinci pillədə qərarlaşıb.
Kraliça II Yelizaveta Yeni Zellandiya monarxıdır və o parlament qanunlarını ratifikasiya etmək hüququna sahibdir.
Yeni Zellandiya 1 nəfərə 9 qoyun düşür.
Yeni Zellandiya adalarında ilana rast gəlmək mümkün deyil.
Yeni Zellandiya 1980-ci illərdən başlayaraq “nüvəsiz” statusuna sahibdir və hazırda adalarda 1 dənə belə olsun atom stansiyası yoxdur.
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 5 439
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri