Bill Gatesdən 11 məsləhət

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 1 811
Səs ver:
(səs: 2)
1. Həyat ədalətli deyil – bu fikrə nə qədər tez öyrəşsəniz, o qədər yaxşı olar.
2. Sizin özünüzü necə dəyərləndirməyiniz heç kimin
vecinə deyil. Siz özünüzə əmin olana qədər dünya sizdən bir işi sonacan etməyinizi tələb edəcək.
3. Məktəbi bitirən kimi ilə 60 min dollar qazana bilməyəcəksiniz. Əlində mobil telefonla maşına
minən şirkət vitse-prezidenti olmaq üçün onların hər ikisini qazanmalısınız.
4. Düşünürsünüz ki, müəllimləriniz qəddar və kobuddur? Müdiriniz olanda nə düşünəcəyiniz maraqlıdır.
5. Hamburger satmaq qürurunuza toxunmasın.
Babalarımız hamburger satmağı başqa cür adlandırırdı – şans!
6. Səhv edəndə günahı ata və analarınızın üzərinə
atıb mızıldanmayın. Səhvlərinizdən dərs çıxarmağı bacarın.
7. Siz doğulana qədər valideynləriniz belə zəhlətökən deyildi. Onlar sizin hesablarınızı
ödədikcə, paltarınızı yuduqca, özünüz haqda ağızdolusu danışmağınıza qulaq asdıqca belə olublar. Ona görə də dünyanı “valideyninizin nəslindən olanlar”dan qurtarmaq
istəyirsinizsə, təmizliyə öz otağınızdan başlayın.
8. Bəzi məktəblərdə pis qiymət yox, düzgün cavab tapana qədər səhv etmək imkanı verilir. Bunun həyatla heç bir əlaqəsi yoxdur.
9. Həyat semestrlərə bölünməyib. Sizin yay tətilləriniz olmayacaq. Çox az müdir (işverən) özünüzü tapmağınızda maraqlıdır. Bunu öz hesabınıza edin.
10. Televiziya real həyat deyil! Real həyatda insanlar işləyir, hər şey kafedə kofe içən zaman baş vermir.
11. Dəlilərə, ağıldan kəmlərə yaxşı davranın. Bir gün onlardan birinə işləyəcəyiniz istisna deyil.(c)
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 1 811
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri