Ən çətin dillər

Müəllif: Barbaris
Şərhlər: 3
Baxılıb: 2 704
Səs ver:
(səs: 2)
Amerikan alimlərinin apardıqları araşdırma nəticəsində dünyanın ən çətin dilləri məlum olub.Bunlar aşağıdakılardı

Yapon dili - əlifbası çin dilinin kandzi xəttindən dönmüş xəttdir. Kandzi hiraqana və katakanada istifadə olunur. Yapon dili Şərq dillərindən hesab olunur. Bu dildə 5 sait var.

Bask dili - heç bir dillə qohumluğu olmadığı üçün öyrənilməsi olduqca çətindir. Aparılan son araşdırmaya görə, bask dilinin gürcü dilinə uyğunluğu var. Özlərini Gürcüstandan köç etmiş xalq kimi bilən baskları tanıyan yeganə ölkə də elə Gürcüstandır.

Ərəb dili - dünyanın ən çətin yazılış sistemi olan dildir. Sağdan sola yazılır və oxunur, ərəb əlifbasında baş hərf yoxdur. Ərəb dilində 28 samitin və müxtəlif saitlərin olmasına baxmayaraq, ərəb əlifbasında yalnız 28 hərf vardır, ərəb rəqəmləri də fərqli yazılır. Hərf birləşməsində hərflərin qrafikası dəyişdiyi üçün ərəb əlifbasında sözün hissələri bir sətirdən digərinə keçirilə bilməz: sətrin sonuna sığmayan söz bütünlüklə sonrakı sətrə keçirilir, sətrin sonunda qalan boşluq irəlidəki gəlmənin bəzi hərflərinin üfqi hissəsini və ya bitişdirici xətlərini uzatmaq yolu ilə doldurulur. BMT-nin 6 rəsmi dillərindən biridir.

Çippeva dili- Şimali Amerikada yaşayan hindu tayfalarının dili. Heç bir başqa dildə olmadığı qədər – felin 10.000-ə yaxın forması var.

Çin dili - müxtəlif səbəblərdən dünyanın çətin dili hesab olunur. İlk növbədə bu dildə dünyanın ən qədim heroqliflərindən istifadə edilir. İkincisi də, bir heroqlif bir neçə səsi ifadə edir.

Tabasaran dili - Dərbənddə yaşayan Dağıstan xalqının dilidir. Bu dildə ismin 48 halı mövcuddur.

Macar dili - öz dəqiq vurğusu ilə fərqlənir, əlifbası 42 hərfdən ibarətdir.Qədim fin-uqor dil qrupuna daxildir.

Koreya dili - bu dilin öyrənilməsində çətin cəhət odur ki, bu dildə eyni sözün hörmətli ve qeyri-hörmətli,rəsmi və qeyri-rəsmi formalarına rast gəlmək mümkündür.
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 2 704
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri