Ən çətin anlarda köməyinizə çatacaq 7 fikir

Müəllif: NoName
Şərhlər: 13
Baxılıb: 910
Paylaş:
Səs ver:
(səs: 3)
Bu anlardan heç kim sığortalanmadığı üçün, bu fikirlər hər kəsə faydalı ola bilər.

Həyatımızın bəzi məqamlarında böyük boşluq hiss edirik. Bu itkinlik hissi bizi istiqamətimizi müəyyən etmək üçün lazım olan ayıq-sayıqlıq bacarığından məhrum edir. Belə anlarda bizə güc vermək üçün yanımızda dostlarımız, ailəmiz də ola bilər, lakin əsas məsələ insanın öz daxili səsinə qulaq asmaq üçün güc toplamasındadır.

Həyatımızda belə anların olması çox normaldır. Sadəcə bu anlarda yadımıza salmalı və güc almalı olduğumuz bəzi şeylər olmalıdır. Sizə ən çətin anlarınızda kömək edəcək 7 vacib fikri təqdim edirik. Yadda saxlayın ki, bu cür çətinliklərdən heç kim sığortalanmayıb və yola davam etmək üçün güclü olmaq məcburiyyətindəyik.

1. "Bir səhifəni bağlamamış, növbəti səhifəyə keçə bilməzsən."
Əgər sən daima keçmişə baxırsansa, heç vaxt bu gününü sözün həqiqi mənasında yaşaya bilməyəcksən. Sən heç nəyə baxmayaraq həyatına davam etməli və keçmişindən ancaq dərs çıxarmaq üçün istifadə etməlisən. Unutma ki, yenilik hər zaman daha həyəcanlı və əyləncəlidir.

2. "Bəzən sən həyatı yenidən başa düşmək üçün üç yaşlı uşaqla söhbət etməlisən."
Biz həyatı o qədər ciddiyə alırıq ki, bu ciddiliyin ətrafımızda olan bütün sevinci sovurub aparmasına icazə veririk. Buna görə də uşaqlarla söhbət çox vacibdir. Nə qədər qəribə səslənsə də, bu bizi yenidən həyata qaytara, əsl məsumluq və gözəllik hisslərini xatırlada, kiçik sevinclərdən həzz almağı öyrədə bilər.

3. "Bəzən tənhalıqda gəzməli, nəfəs almalı və sənin üçün ən vacib olan şeylər haqqında düşünməlisən."
Bu kifayət qədər kömək edir. Düzdür, bəzi hallarda biz özümüzə aydın cavablar verə bilmir və niyə bu vəziyyətə düşdüyümüzü dərk edə bilmirik. Lakin düşüncənizin gücünə güvənməli və dərindən düşünməlisiniz. Mütləq özünüzə lazım olan cavabları tapacaqsınız.

4. "Əgər qapı açılmırsa, deməli sizin qapınız deyil."
Əgər əldə etməyə çalışdığınız, daima ona doğru getdiyiniz şey eyni enerjiylə sizə doğru gəlmirsə, bu heç də hər zaman pis bir şey deyil. Bəlkə də siz həmin şeyi əldə etmək üçün doğru istiqamətdə getmirsiniz və buna görə də nəticələr ürəyinizcə olmur. İstəklərinizə doğru müxtəlif istiqamətlərdən hərəkət etməyə çalışın. Həmin yollardan biri mütləq düz olacaq.

5. "Olduğun yeri bəyənmirsənsə, yerini dəyiş. Sən ağac deyilsən."
Əgər sən olduğun yerdən narazısansa, hər an yerini dəyişdirə bilərsən. Əlbəttə, bu heç də asan olmaya bilər, lakin özünü bədbəxt etməkdən pis heç nə yoxdur. Siz bir müddət maddi və ya mənəvi çətinlik çəkə bilərsiniz, lakin cəhd etməyinizin verdiyi güc sizi yeni və daha çox istədiyiniz işlərlə məşğul olmağa sövq edəcək.

6. "Bəzən pis hadisələr ona görə baş verir ki, bizi yaxşı hadisələrə aparacaq yollara itələsin."
Bizim tez-tez işlətdiyimiz bir ifadə var: "Hər şey yaxşılığa doğrudur." Bu ifadə həyatda ən çox köməyimizə gələn fikirlərdən biridir. Diqqətlə fikirləşdikdə həyatımızda baş verən yaxşı hadisələrə gələn yolun mütləq bir pis hadisəylə bağlı olduğunu kəşf edə bilərik. Ona görə də, heç vaxt ruhdan düşməyin və həyatın xoş sürprizlərinə açıq olun.

7. "Yadda saxla ki, hal-hazırki vəziyyətin son deyil. Həyat davam edir."
Biz çətin anlarda hər şeyin sona çatdığı fikrinə qapıla bilərik. Həyatın müvəqqətilik prinsipini unutmağımız bizi təşvişə sala bilər. Lakin həyatda olan hər şey müvəqqətidir və hadisələr durmadan bir-birini əvəzləyir. Özümüzü xoşbəxt hiss etdiyimizdə bunun müvəqqəti ola biləcəyi barədə düşünüb qorxuya düşə bilirik. Lakin, pis hiss etdiyimizdə isə nədənsə bu barədə unuduruq. Hər şey keçir və yeniliklərlə əvəzlənir.

loading...
(səs: 3)
Şərhlər: 13
Baxılıb: 910
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Zenka
Cox gozel ifade olunub. Status kimi isletmek olar
6 iyul 2016 20:55
13
-♠OğLanin Xəyanətin Səbr Örtər. Qizin Xəyanətin QƏBİR.!
Offline
14MsM
Eger qapi aciirsa demeli sizin qapiniz deyil
6 iyul 2016 19:34
12
Offline
Fi-Ra
"Yadda saxla ki, hal-hazırki vəziyyətin son deyil. Həyat davam edir."
Bu cumle cox xosuma geldi. Tam menlik. Tesekkur.
6 iyul 2016 16:31
11
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
Offline
vipbetul
cox gozel menali yazidir her cumlesi
6 iyul 2016 15:59
10
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Onun_Mələyi
heqiqeten ruhlandırıcı sözlerdir.bele pozitiv fikiler xowma gelir
6 iyul 2016 15:26
9
Qadınlar polislər kimidir;Əllərində bütün dəlillər vardır amma yenə də etiraf etmənizi istəyərlərutandim
Offline
Fialka
"Bəzən tənhalıqda gəzməli, nəfəs almalı və sənin üçün ən vacib olan şeylər haqqında düşünməlisən."
Bu vacib hala gəlir ki, bəzən insan özüylə baş - başa qalıb düşünməlidir bir növ öz psixoloqu kimi..

"Yadda saxla ki, hal-hazırki vəziyyətin son deyil. Həyat davam edir."
Bunu isə unutmamaq lazımdır neçəki yaşayır insan..
6 iyul 2016 14:35
8
Offline
baby baku
Bu anlardan heç kim sığortalanmadığı üçün, bu fikirlər hər kəsə faydalı ola bilər.

Həyatımızın bəzi məqamlarında böyük boşluq hiss edirik. Bu itkinlik hissi bizi istiqamətimizi müəyyən etmək üçün lazım olan ayıq-sayıqlıq bacarığından məhrum edir. Belə anlarda bizə güc vermək üçün yanımızda dostlarımız, ailəmiz də ola bilər, lakin əsas məsələ insanın öz daxili səsinə qulaq asmaq üçün güc toplamasındadır.

Həyatımızda belə anların olması çox normaldır. Sadəcə bu anlarda yadımıza salmalı və güc almalı olduğumuz bəzi şeylər olmalıdır. Sizə ən çətin anlarınızda kömək edəcək 7 vacib fikri təqdim edirik. Yadda saxlayın ki, bu cür çətinliklərdən heç kim sığortalanmayıb və yola davam etmək üçün güclü olmaq məcburiyyətindəyik.

1. "Bir səhifəni bağlamamış, növbəti səhifəyə keçə bilməzsən."
Əgər sən daima keçmişə baxırsansa, heç vaxt bu gününü sözün həqiqi mənasında yaşaya bilməyəcksən. Sən heç nəyə baxmayaraq həyatına davam etməli və keçmişindən ancaq dərs çıxarmaq üçün istifadə etməlisən. Unutma ki, yenilik hər zaman daha həyəcanlı və əyləncəlidir.

2. "Bəzən sən həyatı yenidən başa düşmək üçün üç yaşlı uşaqla söhbət etməlisən."
Biz həyatı o qədər ciddiyə alırıq ki, bu ciddiliyin ətrafımızda olan bütün sevinci sovurub aparmasına icazə veririk. Buna görə də uşaqlarla söhbət çox vacibdir. Nə qədər qəribə səslənsə də, bu bizi yenidən həyata qaytara, əsl məsumluq və gözəllik hisslərini xatırlada, kiçik sevinclərdən həzz almağı öyrədə bilər.

3. "Bəzən tənhalıqda gəzməli, nəfəs almalı və sənin üçün ən vacib olan şeylər haqqında düşünməlisən."
Bu kifayət qədər kömək edir. Düzdür, bəzi hallarda biz özümüzə aydın cavablar verə bilmir və niyə bu vəziyyətə düşdüyümüzü dərk edə bilmirik. Lakin düşüncənizin gücünə güvənməli və dərindən düşünməlisiniz. Mütləq özünüzə lazım olan cavabları tapacaqsınız.

4. "Əgər qapı açılmırsa, deməli sizin qapınız deyil."
Əgər əldə etməyə çalışdığınız, daima ona doğru getdiyiniz şey eyni enerjiylə sizə doğru gəlmirsə, bu heç də hər zaman pis bir şey deyil. Bəlkə də siz həmin şeyi əldə etmək üçün doğru istiqamətdə getmirsiniz və buna görə də nəticələr ürəyinizcə olmur. İstəklərinizə doğru müxtəlif istiqamətlərdən hərəkət etməyə çalışın. Həmin yollardan biri mütləq düz olacaq.

5. "Olduğun yeri bəyənmirsənsə, yerini dəyiş. Sən ağac deyilsən."
Əgər sən olduğun yerdən narazısansa, hər an yerini dəyişdirə bilərsən. Əlbəttə, bu heç də asan olmaya bilər, lakin özünü bədbəxt etməkdən pis heç nə yoxdur. Siz bir müddət maddi və ya mənəvi çətinlik çəkə bilərsiniz, lakin cəhd etməyinizin verdiyi güc sizi yeni və daha çox istədiyiniz işlərlə məşğul olmağa sövq edəcək.

6. "Bəzən pis hadisələr ona görə baş verir ki, bizi yaxşı hadisələrə aparacaq yollara itələsin."
Bizim tez-tez işlətdiyimiz bir ifadə var: "Hər şey yaxşılığa doğrudur." Bu ifadə həyatda ən çox köməyimizə gələn fikirlərdən biridir. Diqqətlə fikirləşdikdə həyatımızda baş verən yaxşı hadisələrə gələn yolun mütləq bir pis hadisəylə bağlı olduğunu kəşf edə bilərik. Ona görə də, heç vaxt ruhdan düşməyin və həyatın xoş sürprizlərinə açıq olun.

7. "Yadda saxla ki, hal-hazırki vəziyyətin son deyil. Həyat davam edir."
Biz çətin anlarda hər şeyin sona çatdığı fikrinə qapıla bilərik. Həyatın müvəqqətilik prinsipini unutmağımız bizi təşvişə sala bilər. Lakin həyatda olan hər şey müvəqqətidir və hadisələr durmadan bir-birini əvəzləyir. Özümüzü xoşbəxt hiss etdiyimizdə bunun müvəqqəti ola biləcəyi barədə düşünüb qorxuya düşə bilirik. Lakin, pis hiss etdiyimizdə isə nədənsə bu barədə unuduruq. Hər şey keçir və yeniliklərlə əvəzlənir.
6 iyul 2016 14:21
7
xala oldum
zuzuma qurban xalasi Zəhram qizil parasi
Offline
Angela7
Çox gözəl məsləhətlərdir.
6 iyul 2016 14:17
6
May 2016 tarixindən bəri günlərimdə SƏN adlı dəyişiklik var.
Online
Gülüş.
yadda saxliki hal hazirki veziyetin son deyil. heyat davam edir
6 iyul 2016 14:16
5
Online
BARBI
Her biri faydali meslehetlerdi. Her birine emel edecem
6 iyul 2016 13:20
4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Online
Wirin Meleyim
Ela sozlerdi pozitif
6 iyul 2016 12:05
3
...
Offline
Fidan ALYEVA
İnsani ruhlandiran sozler
6 iyul 2016 11:59
2
.O.F.S.
Offline
___Jasmin___
Bir səhifəni bağlamamış, növbəti səhifəyə keçə bilməzsən
6 iyul 2016 10:32
1


Gel ayelere donusek Quranda gorusek..

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook