Qarabağ Futbol Klubu-2000-ci illər

Müəllif: heyatim_menim
Şərhlər: 2
Baxılıb: 2 129
Səs ver:
(səs: 0)
2000-ci illər

"Qarabağ-Azərsun"

XXI əsrin əvvəlində klub maddi problemlərlə üz-üzə qaldı. Bu problemlər 2001–ci ildə Azərbaycanda fəaliyyət göstərən ən böyük holdinqlərdən biri olan "Azərsun" şirkətinin komandanı sponsorluğa götürməsindən sonra həll olundu. "Azərsun" Holdinq şirkəti "Qarabağ"ın inkişafı üçün əməli işə girişdi. Şirkətin prezidenti Abdulbari Gözəlın bilavasitə şəxsi köməkliyi ilə komandanın maddi problemləri həll olundu. İmkansızlıq ucbatından digər klublara keçmiş eks-qarabağlılar heyətə qaytarıldı və həmin dövrdən klub "Qarabağ-Azərsun" adı ilə çıxış etməyə başladı.

Maddi vəziyyətin düzəlməsi klubun nəticələrinə də təsir göstərdi. 2001-ci ildə "Qarabağ-Azərsun" ölkə çempionatında 9–cu yeri tutsa da qarşıdakı mövsümə hazırlıq işləri ciddi gedirdi və iddiası böyük olan klubun qarşısına ən yüksək yerləri tutmaq vəzifəsi qoyulmuşdu. Lakin həmin dövrdə Azərbaycan futbolunda baş verən böhran səbəbindən ölkədə 2002-2003-cü ildəki çempionat yarımçıq dayandırıldığı üçün qarşıya qoyulan məqsədə nail olmaq mümkün olmadı.

Azərbaycan futbolundakı böhran başa çatdıqdan sonra, 2003-cü ildə "Qarabağ-Azərsun"un rəhbər strukturunda bir sıra dəyişikliklər aparıldı və Tahir Gözəl komandanın vitse-prezidenti təyin edildi. Tahir Gözəlin kluba gəlişindən sonra "Qarabağ"ın tarixində sanki yeni səhifə açıldı. Komandanın ölkə çempionatında uğur qazanması üçün bütün imkanlar səfərbər edildi. Və məhz bu səylərin nəticəsi idi ki, 2003-2004-cü il mövsümündə "Qarabağ" uzun fasilədən sonra yenidən Azərbaycan çempionatının mükafatçıları sırasında yer aldı və birincilikdə ilk dəfə bürünc medalları qazandı.

Tarixi adın bərpası və yeni loqotip

"Qarabağ"ın rəhbərliyi 2004-2005-ci il mövsümündə İsveçdə yaşayan təcrübəli məşqçi İqor Ponomaryovu baş məşqçi postuna təyin etdi. Bundan sonra qısa zamanda Azərbaycanın müxtəlif yaş qruplarına aid yığma komandalarının üzvü olan bir sıra futbolçular heyətə cəlb olundu. Tahir Gözəlin təşəbbüsü ilə 2004-cü ildə "Qarabağ"ın tarixi adı özünə qaytarıldı və komanda yenidən bu adla adlandırılmağa başlandı. Bundan başqa Tahir bəy klub üçün yeni loqotip də hazırlatdırdı. İngiltərədə dizaynerlər tərəfindən hazırlanan bu loqotipdə "Qarabağ"ın simvolu olan Qarabağ atları təsvir olunub. Loqotipi bundan başqa futbola aid müxtəlif atributlar bəzəyir.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 129
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri