Əsl uğur haqqında

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 1 701
Səs ver:
(səs: 2)
Bir dəfə bir biznesmen gözəl bir adaya düşür və okeanın sahilində, ekzotik ağacların altında uzanaraq meyvə şirəsini qurtumlayan yerli sakinlərdən birini görür. Biznesmen həmin şəxsə müraciətlə deyir:

— Nəyə görə boş-boş uzanmısan və heç nə etmirsən?

— Mən nə etməliyəm ki?!

— Bax, ətrafında kifayət qədər çox ekzotik meyvə var. Sən onları toplaya və yaxşı pullar qazana bilərsən. Ətrafda mükəmməl çimərlik və mənzərə var. Burada dəbdəbəli otel tikə və turist cəlb etməklə çoxlu pul qazana bilərsən. Belə etsən milyard dollarlar qazanmaq şansın var.

— Bəs sonra?
— Sonra isə sakitcə çimərlikdə uzanıb, günəşdən zövq ala-ala içki içərdin!
— Bəs mən indi nə edirəm?!
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 1 701
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri