Müəmmalı qatilin etirafı: Merlin Manro və daha kimlər…

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 573
Səs ver:
(səs: 1)
Norfolk. Virciniya. “Sentara General Hospital”-da ölüm ayağında olan 78 yaşlı MKİ-nin (Mərkəzi Kəşfiyyat İdarəsi) əməkdaşı Norman Hodges bu həftənin əvvəli sensasiyalı etirafı ilə gündəmə gəldi. O MKİ-nin muzdlu qatili olduğunu və 1959-1972-ci illər arasında Merlin Manro da daxil olmaqla 37 sifarişli qətl törətdiyini etiraf edib.

Hodges 41 il MKİ-də əməliyyatçı olaraq fəaliyyət göstərib. O bildirmişdir ki, yalnızca MKİ üçün deyil, ölkə daxilində digər xüsusi qurumlar üçün də çalışmışdır. Bu qurumlar onun xidmətlərindən istifadə edərək “ölkə təhlükəsizliyinə zərər yetirən şəxsləri” aradan götürürdülər. Hodges nəinki snayper və şərq döyüş növləri üzrə yaxşı mütəxəssis idi, həmçinin zəhər və partlayıcı maddələr üzrə də mükəmməl şəkildə təlimatlandırılmışdı.

Hodges törətdiyi bütün “aradan götürmələri” indi də xatırladığını deyir. O bütün qətlləri Amerika daxilində törədib və qətl barədə bütün sifarişləri komandir Major James “Jimmy” Hayworth-dan qəbul edirdi. Bununla yanaşı, o bütün Amerika boyu siyasi qətllər törədən 5 nəfərdən ibarət killer qrupunun üzvü olduğunu demişdir.

Onun qurbanları müxalifətçilər, siyasi fəallar, jurnalistlər və həmkarlar ittifaqlarının liderləri idi. Lakin bununla belə ABŞ maraqlarına zidd olan bir neçə alim, incəsənət nümayəndələrini də qətlə yetirdiyini etiraf etmişdir. Hodges Merlin Manro qətlinin onun üçün xüsusi və unikal olduğunu demişdir. Ən azından o onun tərəfindən qətlə yetirilən yeganə qadın idi. Lakin Hodges Merlin Manronu qətlə yetirdiyinə görə təəssüf etdiyini deyir. Qeyd edək ki, Merlin Manro ABŞ milli təhlükəsizliyinə təhlükə yaratdığı üçün sifarişlər qətlə yetirilib.

Merlin Manro 1962-ci ildə 5 avqust gecə 1 radələrində qətlə yetirilmişdi. Hodges-in bildirdiyinə görə o gecə onun otağına daxil olmuş və o yuxuda olarkən ona yüksək dozada narkoz üçün nəzərdə tutulmuş iynə vurmuşdur. Ölüm bu maddələrin həddindən artıq yüksək dozada olmasından irəli gəlmişdi. Bu etiraflardan sonra FTB növbəti mətbuat konfransları üçün ona xüsusi mühafizəçi təyin etmişdir.

Hodges-ə əmrlər verən Major James Hayworth 2011-ci ildə ürək tutmasından dünyasını dəyişib. Qruplaşmaya daxil olan 5 qatildən 3-ü də artıq dünyasını dəyişib. Müsahibədə yalnızca 1968-ci ildə izsiz yoxa çıxan Captain Keith McInnis-in adı çəkilir.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2 573
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri