Ronaldo sadiqliyi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 1 946
Səs ver:
(səs: 3)
Christiano Ronaldo: “Mən öz uğurumu uzun illərdir dostluq etdiyim Albert Fantrau-ya borcluyam. Biz onunla gənclər komandasında oynayırdıq. Sportinq klubundan bizim oyunumuza baxmağa gəldikdə mənə və Albertə “Kim daha çox qol vurarsa onu özümüzlə aparacağıq” dedilər. Biz o oyunu 3-0 qələbə ilə bitirdik. İlk qolu soldan keçərək mən, ikinci topu isə Albert baş zərbəsi ilə qapıya göndərdi. Üçüncü qol isə hamını heyrətləndirmişdi.

Albert qapıçı ilə təkbətək çıxdı. Mən onunla bərabər qaçırdım. O qapını keçdi və lazım olan tək şey topu qapıya göndərmək idi. Lakin o topu mənə ötürdü, mən isə boş qapıya göndərdim. Məni Sportinq klubuna qəbul etdilər. Oyundan sonra Albertə yaxınlaşdım və soruşdum: “Niyə?”. O isə “Chris, sən məndən daha yaxşısan!” – dedi və getdi.

Jurnalistlər deyilənlərin doğruluğunu yoxlamaq üçün Albertin evinə yollanmışdı. O hadisəni təsdiq edir və bildirir ki, onun futbolçu karyerası o andan etibarən bitir və o hazırda işsizdir.

-Bəs elə isə, belə dəbdəbəli ev, maşın haradandır? Siz lazım olan hər şeylə təmin olunmusunuz. Bütün bunlar haradandır?

Albert qürurla cavab verir:

-Bütün bunları Ronaldo edib!
(səs: 3)
Şərhlər: 6
Baxılıb: 1 946
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri