ABŞ-ın bilmədiyimiz üzü

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 1 940
Səs ver:
(səs: 1)
ABŞ planetin ən zəngin və güclü dövləti olaraq qalmaqdadır. Lakin böhran sonrası iqtisadiyyatın bərpası heç də bərabər şəkildə paylanmadı. The Economic Collapse bloqu ABŞ haqqında bir çoxlarını heyrətə salan faktları təqdim etmişdir.

Ekspert Maykl Snayder ABŞ-ın bir çox əhalisinin özünün belə xəbərsiz olduğu faktları təqdim etdi. Bundan əlavə, bu məlumatlar ölkənin açar statistikasına aid olduğu üçün beynəlxalq sistemdə çox “zəif” şəkildə təqdim edilir.

ABŞ ştatlarının demək olar ki, yarısında ən yüksək maaşlı vəzifə futbol komandasının məşqçisidir.
1 sent dəyərində olan qəpiyin hazırlanması üçün dövlət 1,8 sent, 5 sentin hazırlanması üçün isə 9,4 sent xərcləyir.
Amerikalıların demək olar ki, yarısı (47%) pula qənaət etmir.
2014-cü ildə amerikan polisi 1,1 min insan qətlə yetirmişdir. Bu dövr ərzində Kanada polisi 14, ÇXR polisi 12, alman polisi isə 0 şəxs güllələmişdir.
Alyaska ştatı Rod-Aylenddən 429 dəfə böyük olsa da, əhali sayına görə ondan əhəmiyyətli dərəcədə geri qalır.
Prezident Lindon Conson “yoxsulluq ilə mübarizəyə” başladıqda amerikalı uşaqların 10%-i az təminatlı ailədə yaşayırdı. Hazırda onların sayı 33% təşkil edir.
1950-ci ildə nigahdan kənar doğulan uşaqların sayı 5%-dən az idi. Hazırda isə 40%-dən çoxdur.
2013-cü ildə ABŞ-da bakalavr üzrə ümumi olaraq verilən diplomların 60%-nə qadınlar sahib olmuşdu.
ABŞ-da kişilərin 34,6%-i piylənmədən əziyyət çəkir.
Amerikanın 1 supermarketi il ərzində 3 min funt tələbata yaramayan məhsul atır.
Amerikalıların zibil qutusuna atdıqları tullantının 20%-ni qida təşkil edir.
ABŞ-da əmək qabiliyyətinə malik olsa da işsiz olan insanların sayı rekord səviyyədədir.
Kaliforniyanın gerbində Grizli ayısının təsviri yer alıb. Bu ştatda son ayı isə hələ 1922-ci ildə görülüb.
Amerikalı qadınların böyük əksəriyyəti münasibət qurduqları kişinin daimi iş yerinin olub-olmamağına xüsusi diqqət yetirir. Burada qadınların 75%-i işsizlərlə görüşməkdən imtina edirlər.
Əhali başına düşən milyonçu sayının çoxluğuna görə liderlik Merilendə məxsusdur.
50 yaşdan yuxarı insanlar ilə aparılan sorğuya əsasən, onların yalnızca 12%-i özünü həqiqətən xoşbəxt hiss edir.
ABŞ-da 1000 nəfərə 845 avtomobil düşür. Bu göstərici Yaponiyada 593, Almaniyada isə 540-dır.
Amerikalıların 48%-nin “qara gün” üçün heç bir ehtiyatı yoxdur.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 1 940
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri