Məşhurların ən məşhur müflislik tarixçələri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 1 820
Səs ver:
(səs: 1)
Dünyanın əksər sakinləri üçün 1 milyon dollar fantastik bir məbləğdir. Lakin bu heç də məşhur insanlara bu məbləği ani bir göz qırpımında inanılmaz yolla itirməyə mane olmur.

Təbii ki, onlar bu qədər pulu hər hansı taksidə və yaxud təyyarədə unutmur. Onların əksəriyyətinin iri həcmdə zərərlə üzləşməsinə aliment və yaxud təzminat səbəb olur.

Maykl Cekson
Pop kral 2009-cu ildə dünyasını dəyişdiyi zaman onun sahib olduğu borc bir neçə yüz milyon dollar həcmində idi. Müğənni özünün maliyyə problemlərini möhtəşəm turnelər sayəsində həll etməyi planlaşdırırdı. Çox təəssüf ki, müğənni gözlənilməz halda dünyasını dəyişir.

Frensis Ford Koppola
Frensisin “Bütün qəlbdən” myuziklının uğursuzluqla nəticələnməsindən sonra onun sahib olduğu borc 98 milyon dollar təşkil edirdi. Rejissor borclar səbəbindən müflis olduğunu elan etmişdi.

Mike Tyson
Bu əfsanəvi boksçu 20 illik karyerası boyunca demək olar ki, 200 milyon dollar qazanıb. Lakin bu məbləğ onun 23 milyon dollar borcla üzləşdiyi vaxt köməyə gəlmədi. Bu borc boşanma prosesinə, vergi cərimələrinə və müflislik faizlərinə görə idi. Nəticədə “Dəmir Mike” xoşagəlməz maliyyə problemlərini həll edir və pul məsələlərində daha uzaqgörən olur.

Kim Bssinger
Bu məşhur model və aktrisa 5,4 milyon dollar sərvətə sahib olduğu bir vaxtda müflis olmuşdu. Onun müflis olmasına səbəb isə Main Line Pictures kinoşirkətinin 8,1 milyon dollarlıq məhkəmə prosesini qalib gəlməsi idi. Məşhur aktrisa müqavilə şərtlərinə əməl etmədiyinə görə bu məbləği ödəməli olmuşdu. Lakin onun daha sonradan qazandığı sərvət 35 milyon dollar təşkil edirdi.

Nicholas Cage
Məşhur aktyor isə vergidən yayındığına görə daha sonradan müflis olmağa məhkum idi. 2009-cu ildə ona 6,5 milyon dollar həcmində cərimə ödəməli olduğu bildirildikdə o bir neçə əmlakını satmalı olmuşdu.

Larry King
350 min dollar borc Larry King-i hələ onun Şimali Amerikanın ən məşhur aparıcılarından biri olmamışdan öncə izləyirdi. O zamanlar adi jurnalist olan Larry öz iş həmkarını qarət etməkdə təqsirli bilinirdi və özünü müflis elan etməyə məcbur olmuşdu. Bir neçə ildən sonra o CNN kanalında işə düzəlir və uğur qazanmağa başlayır. Hazırda o rekordlar qıran şəxski tok-şouya sahibdir.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 1 820
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri