Mənalı sözlər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 4 547
Səs ver:
(səs: 4)
Həyatda ediləcək o qədər səhv var ki, eyni səhvi etməkdə israr etməyin mənası yoxdur..

Pessimist yalnız tuneli görür, optimist tunelin sonundakı işığı görür, realist tunellə birlikdə işığı və gələn qatarı da görür.

Yaşayaraq əldə edilən bilik, daş üzərinə həkk olunmuş yazılar kimidir.

Vəzifəsini bilən insan xoşbəxtdir, başqa nemət axtarmasın.

Röyaları reallaşdırmağın ən yaxşı yolu oyanmaqdır.

Boş zaman yoxdur, boşa keçmiş zaman var.

Kitablar da dost kimidir, az fəqət yaxşı seçilmiş olmalıdır.

Fəzilətə gedən qapını açmaq çətindir.

Gülümsəmək iki insan arasındakı ən qısa məsafədir...

Eqoizmdən xilas olmağın yeganə yolu başqaları üçün yaşaya bilməkdir...

Ən yaxşı yolu tapmaq, ən pisini tapmaqdan daha asandır...

Sənətin vəzifəsi, təbiətin surətini çıxarmaq deyil, təbiəti ifadə etməkdir...

Heç bilənlərlə bilməyənlər bir olarmı...

Öncə çalışın, sonra dincəlin...

Düşünmədən öyrənmək, vaxt itirməkdir...

Çalışmayana Allah yardım etməz...

Çalışmaq həyat, düşünmək işıqdır...

Hər zaman axtarışda ol, bir gün qızıl axtararkən mis taparsan, sabah mis axtararkən qızıl taparsan...

Elm bölüşüldükcə artan xəzinədir...

Elm sərvətdən daha qiymətlidir. Çünki sərvəti sən qoruyursan, halbuki elm səni qoruyur..

Həyatını aldıqlarınla qazanarsan, ancaq verdiklərinin üzərinə bina edərsən.

Müsibət zəkanı tərbiyə edər

Minlərlə kilometrlik bir yol da çox kiçik bir addımla başlayır.

Dərd, Rəbbinə gizlicə çağırmağına səbəb olduğuna görə, bütün dünya malından daha yaxşıdır...

Şəfamız, öz daxilimizə baxa bilməkdədir.

Tənhalıq pis dostdan yaxşıdır.

Su qabını daşlığa aparan kimsə, onu daşdan qorumağı öyrənməlidir.

Aşıq qızıla bənzəyir, bəla isə atəşə.. Xalis qızıl atəş içində yaxşıdır

Eyibsiz dost axtaran dostsuz qalar..

Kasıba verilən, hələ onun əlinə keçməmiş Allaha çatar...

Nə qədər bilirsənsə bil, söylədiklərin qarşındakının anlayacağı qədərdir..

Nə xoşbəxtdir o insan ki, öz ayıbını görə bilir.

Bir şam digərini yandırmaqla işığından heç nə itirməz.

Allah ilə olduqdan sonra ölüm də ömür də xoşdur..

Könlü işıq yandırmağa və aydınlanmağa öyrənən insanı günəş belə yandıra bilməz. Gündüz kimi işıq vermək istəyirsənsə, gecəyən bənzəyən mənliyini (ənaniyyət) yandır...

Bəzi insanlar var ki, salam verərlər və salamlarından his iyi gələr. Bəziləri də var ki, salam verərlər və onların salamından misk (müşk) qoxusu gələr.

Madam ki, özündə bir dərd və ya peşmanlıq hiss edirsən; bu Allahın sənə yardımının və sevgisinin bir dəlilidir.

O, hər şeyi ilə gözəldir; Ona aid olan və Ondan gələnlər də gözəldir. Həm o qədər gözəldir ki, ayıq-sayıq bir könül, görüb tamaşa etdiyi hər şey üzərində Ondan bir qisim ima və işarələr aldıqca damarlarında qanı çəkilir kimi olar və Onunla bir anlıq vüslat - qovuşma adına canını fəda etməyi belə az görər...

Könül adamı, nəfsinin istəmədiyini başqaları üçün də istəməməkdən başqa; öz xoşuna gələn hər şeydən, başqalarının faydalanması üçün çırpınar; hətta bunun uğrunda ölüb-ölüb dirilƏr.
(səs: 4)
Şərhlər: 7
Baxılıb: 4 547
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri