Ad günü üçün təbrik mesajları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 13
Baxılıb: 15 476
Səs ver:
(səs: 3)
Doğulduğun günü sən ağlarkən, hər kəs gülürdü.Elə bir ömür yaşa ki, öldüyündə hər kəs ağlasın, sən xoşbəxtliklə gülümsə. Ad günün mübarək !
Bu gün bəlkə də çox adamdan doğum günü mesajı alacaqsan.Ancaq indi oxuduğun mesajın tək bir fərqi var, çünki bütünlüklə sevgi ilə yazılıb.Nə yaxşı ki varsan həyatımda !
Səsim gözəl olmadığı üçün sənə gözəl bir doğum günü mahnısı oxuya bilmirəm)).Buna görə də sənə qısa bir mesaj yazıram.Xoşbəxt illər...!
Hmmmm, bu mesajı niyə yazırdım ? Unutdum... İnan heç xatırlamıram )) Dayan-dayan... Tapdım doğum günün mübarək !
Diləyim bu gün dilədiyin bütün diləklərin gerçək olmasıdır.Bəlkə yanında deyiləm amma bil ki, ürəyimin ən dərin yerində bu günü səninlə birlikdə qeyd edirəm.Ad günün mübarək !
Bu gün doğum günün olduğu üçün özünü fərqli və özəl sayırsan ? Halbuki, sən mənim üçün yalnız bu gün deyil hər gün fərqli və özəlsən.Səni çoox sevirəm.Nə yaxşı ki varsan həyatımda...
Doğulduğun gün buludları aşaraq, bir günəş kimi ətrafına aydınlıq saçaraq girdin həyata.Həmişə sevgiylə yaşa.Ad günün mübarək !
Hər yeni günün bir öncəki günündən daha gözəl istəklərinə uyğun və səni xoşbəxt edəcək şəkildə olmasını diləyirəm ! Neçə gözəl illərə...

Diləyirəm ki, yeni yaşında xoşbəxtliklərin ən gözəlini yaşayarsan, üzün həmişə gülər, sevincini heç vaxt itirmərsən.Doğum günün mübarəkdi !
Dünyada əvəzsiz bir gözəllik varsa, o da sənin ürəyindədir.Həyatının bundan sonrası ürəyinin gözəlliyi kimi keçsin.Yaxşı ki, varsan !
Yaşa, sev, gül ! Bunlar əskik olmasın yaşamında ! Yaşın neçə olursa olsun, hər şeyin ən gözəli sənin olsun ! Neçə sevincli, xoşbəxt və yaşam dolu illərə !
Bu gün bir yaşını daha doldurmağının sevincini yaşarkən, gələcəyinin sənə ürəyindəki bütün diləklərini verməsini diləyirəm.Ad günün mübarək !
Fluuuppp ! Bu bir sms sürprizi.Sənə şans gətirmək üçün gəlib.Buna görə də dərhal gözlərini bağla və bir şey dilə )) Xoşbəxt illər sənə bundan sonrakı həyatında !
Sənə minlərlə sevgi və öpücük göndərirəm burdan.Bil ki, unudulmadın, unutmadım. Doğum günün mübarək !
Dostlar ulduzlar kimidir, onları hər vaxt görə bilməzsən, amma sənin üçün hər zaman var olduqlarını və səni düşündüklərini bilərsən.Bu gün məni görə bilməsən də, bil ki, yanındayam ! Doğum günün mübarəkdi !
Diqqət ! Bu mesaj sevgi, sevinc və yaxşı arzularla doludur.Bu dəqiqə üçün səni düşünən birinin olduğunu düşün, hiss et və xoşbəxt ol ! Xoşbəxtliyin hər zaman sürsün ! Ad günün mübarək !
Bir az şans, bir az sevgi və səbri, bir az zaman müvəffəqiyyət və məmnuniyyəti də əlavə etsək ehtiyatlarımıza və bir az qarışdırsaq sənin üçün uzun və diləklərinin gerçəkləşdiyi bir “həyat tortu” hazırlaya bilərik )). Doğum günün mübarəkdi !
Bir il daha keçdi... Amma sakittt... Üzülmə zaman tez keçir deyə...Unutma ki, hər kəs eyni şeyi yaşayır.Bu ilin sonunda geriyə baxdığında ümid edirəm “çox gözəl bir il oldu” deyərsən... Bütün diləklərinin gerçəkləşməsi diləyimlə... Neçə belə illərə !
365 illik daha bir hekayə başlıyır, hər günə bir yarpaq saxla, hər yarpağa bir hekayə sığdır, adına da xoşbəxtlik de... Gözəl hekayələr sənin olsun !
Günəş qədər isti, qar dənəsi qədər aydın, yağmur qədər saf və təmiz, dəniz kimi mənalı bir ömür diləyirəm.Doğum günün mübarək !
Yoxluğun yağmura yazı yazmaq qədər çətin, sənsizlik ölüm qədər acı, sən nəfəs qədər önəmli, canım qədər qiymətlisən. Nə yaxşı ki doğulmusan canım !
Yaşlı nənə olduğunda bağçandakı stoluna oturub, köhnə günlərinin xatiələrinə daldığında xatırlamaq istədiyin qədər gözəl günlər səninlə olsun. Ad günün mübarək !
Ad gününün sənə tibbi çaşdıracaq qədər sağlamlıq, mələkləri qısqandıracaq qədər xoşbəxtlik gətirməsi diləyirəm.Ad günün mübarək !
Dalğalar vurur sahilə, ulduzlar parlayır sonsuz Səmada mən də bu gecə bitməz sevgimlə sənə bu mesajı yazıram.Ad günün mübarək !
Sənsiz bir analar günü keçirirəm və inan mənə özümü çox tək hiss edirəm.Çox kədərlənir və çox üşüyürəm.Məni üzmədən dön lütfən ana ! Səni sevən balan...
Heç vaxt üzülmə həyatın belə tez keçməsinə, ən gözəl illər tez keçənlərdir... Gələcəkdəki hər yeni günün əvvəlki günündən daha gözəl , istəklərinə uyğun və səni xoşbəxt edəcək şəkildə olmasını diləyirəm.Həmişə üzündə təbəssüm olsun, çünki sənə gülümsəmə çox yaraşır.Ad günün mübarək !
(səs: 3)
Şərhlər: 13
Baxılıb: 15 476
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri