Mətbəxin ölümə aparan ən ziyanlı əşyası

Müəllif: Barbaris
Şərhlər: 8
Baxılıb: 2 225
Səs ver:
(səs: 0)
Son illər bütün evlərə ayaq açan, gənc ailələrin mətbəxlərində əsas yerdə duran mikrodalğalı soba guya ki, işimizi asanlaşdırıb, əlimizdən tutur. Əslində bu mətbəxdə və həyatımızda özünə yer etmiş ən zərərli texnikadır. Xüsusən övladlarınızı bu əşyadan maksimum uzaq tutun. Uşaq yeməklərini onda qızdırmayın! Mikrodalğalı sobanın fəsadları və orqanizmimizə ziyanı:
Mikrodalğalı soba ərzaqların, qidanın daxili strukturunu ani olaraq dəyişir.
Süd və paxlalı yeməklərdə konsaragen maddələr yaradır ki, bu da xərçəngə səbəb olur.
Qidanın mədədə həzmini çətinləşdirir. Qidanın kimyəvi tərkibini dəyişir, bu da limfa sisteminə mənfi təsir edir.
Qanda leykozu artıran maddələr yaradır.
Mədə-bağırsaq divarına mənfi təsir edir, hüceyrələrin təbii degenerasiyasını pozur, bu da polip və şişlərə yol açır.
Yeməkdə, ərzaqda olan B qrup vitaminlərini, mineralları məhv edir.
Ət yeməklərinin burada qızdırılması biomolekulyar birləşmələri, proteini dağıdır, zərərli kimyəvi birləşmələr yaradır. Araşdırmalara görə, müntəzəm olaraq, mikrodalğalı sobadan istifadə edən insanların statistikasında mədə-bağırsaq onkoloji xəstəlikləri çoxdur.
Bu cür qızdırılmış yeməklər orqanizm tərəfindən yetərincə həzm olunmur, təbii həzm və ifrazat sistemi pozulur. Mikrodalğalı sobada işıq dalğaları təsiri ilə az qala kosmik sürətlə isidilən yemək 97 faiz dəyərini itirir. O gücdə işıq molekullarının yemək və ərzaq molekullarını nə dərəcədə dəyişməsini təsəvvür etmək belə qorxuludur. Orda ərzağın, ətin buzunun belə açılması də təhlükəlidir.
Həmişə istənilən yeməyin mikrodalğalı sobada qızdırıldıqda dadının dəyişdiyini, içinin “şişdiyini”, tamının pis olduğunun fərqinə varmışdım. Və mikrodalğalı sobada qızdırılan yeməklərdən imtina etmişəm. Bu gün hər dəqiqə mikrodalğalı sobada yemək qızdırıb, uşaqlara verməklə övladlarınızın səhhətini təhlükə altında qoyub, onların həzm sistemini körpəlikdən pozursuz. Çalışın yeməklərinizi dədə-baba üsulu ilə qaz üzərində, tavada, qazanda qızdırın. Mikrodalğalı sobanı isə düşünmədən ata bilərsiz. Mikrodalğalı sobanın nəinki içi, hətta ətrafı da radiaktivdir.
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 2 225
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri