Partlamış qarğıdalı dənəsinin sirri açıldı

Müəllif: Barbaris
Şərhlər: 5
Baxılıb: 2 132
Səs ver:
(səs: 2)
Fransalı alimlər partlayan qarğıdalının sirrini müəyyən ediblər. Belə ki, fransalı mühəndis Emmanuel Virot və fizik Aleksandr Ponomarenko araşdırmada saniyədə 2900 kadr çəkiliş edə bilən kameralar istifadə edərək qarğıdalıların necə partladığını müşahidə ediblər.
170 dərəcə temperaturda qarğıdalı dənəciklərinin yalnız 34 faizinin partladığı müşahidə olunsa da, 180 dərəcədə isə 90 faizinin partladığı məlum olub. Qarğıdalı qabığı 180 dərəcədə partlayır, qarğıdalı nişastasının böyüməsi başlayır.

Su buxarının çıxması ilə partlamanın baş verdiyi aşkarlanıb. Qarğıdalının partlaması saniyədə 15-dənə sürətində reallaşır.

"Qarğıdalı dənəsinin böyüklüyü ya da formasından asılı olmayaraq partlamasının 180 dərəcə istilikdə olduğunu aşkar etdik. Qarğıdalının partlaması, yalnız təzyiq altındakı qazların partlaması deyil, termodinamik, biomexanik və akustik kimi fizikanın fərqli budaqlarını da ehtiva edir”, - deyə mühəndis Emmanuel Virot bildirib.
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 2 132
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri