Həyatda ən dəhşətli şey diri ikən ölməkdir.

Müəllif: Onun_Mələyi
Şərhlər: 8
Baxılıb: 3 197
Səs ver:
(səs: 5)
Dünyada heç bir nemət həyatın əvəzi ola bilməz və onu hər cüzi şey üstündə və ədalət pərdəsi altında azad insanlardan almaq olmaz.
M.F.Axundzadə

Həyatda ən dəhşətli şey diri ikən ölməkdir.
M.Anderson-Nökse

Həyat hərəkət deməkdir,su da axmayanda iylənər.
Aristotel

Yaşamaq didişmək və çarpışmaq deməkdir.Kim bu mübarizədə qalib gəlirsə,o da yaşayır.
Atatürk.

Kitablar həyatım,təcrübələrim isə müəllimimdir.
A.Avqustin.

Həyat beşiklə məzar arasındakı sınaq müddətidir
O.Balzak

Ölmək dəhşət deyil,dəhşət yaşamaqdır.
A.Barbüs

Mən həytın mənasını yorulmadan işləməkdə və çətinliklərlə döyüşməkdə görürəm.
A.Bek

Ruhumun dərinliklərində bəzən şən,bəzən də kədərli mahnılar eşidirəm.Məni həyata bağlayan da elə bunlardır.
A.Berqson

Həyatımın payızı gəlib çatdı.Elə bir bəhrəli ağaca bənzəmək istəyirəm ki,hər tərpənişimdə meyvələrim dolu kimi yağsın.
L.Bethoven

Hər gün insan üçün yeni bir həyatdır.
R.Beyker

Bir gün ürəyincə yaşamaq yüz il sürünə-sürünə yaşamaqdan yaxşıdır.
Ş.Bodler

Yaşamaq mübarizə aparmaq;mübarizə aparmaqsa yaşamaqdır.
P.Bomerşe

Həyat yuxuda da öz sonuna doğru gedir.
A.Bule

Dünya hamıya çatacaq qədər böyükdür.Başqasının yerini tutmağa çalışmaqdansa,öz yerin haqqında fikirləş.
Ç.Çaplin

Həyat həmişə ciddidir,lakin həmişə ciddi yaşamaq olmaz.
G.Çesterton

Özünə ucuz həyat axtarandan miskin adam tanımıram.
D.Cordan

Mənim həyatımı nə gözəlləşdirsə,ölümümü də o,gözəl edər.
Çjuan-Tszı

Əhəmiyyətsiz saydığımız ən adi hadisələr bəzən həyatımızı cəhənnəmə döndərə bilər.
A.Dante

Ev kiçik bir mədəniyyət ocağıdır.
Ç.Dikkens

Dünyaya sahib olmaq istəyiriksə,xoşniyyətli,iradəli və dözümlü olmalıyıq.
Ç.Dikkens
(səs: 5)
Şərhlər: 8
Baxılıb: 3 197
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri