Qayınatanın təcavüz etdiyi gəlin: "Mənə Qurana əl basdırmışdı..."

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 7 222
Səs ver:
(səs: 0)

http://www.tazekahve.com/wp-content/uploads/tecavuz-kacinilmazsa-rating-almaya-bak-851306.jpeg

 

Gəlinin dediklərinə qulaq asan polislər belə, heyrətləniblər.
Hazırda əxlaqsız qayınatanın məhkəmə prosesi başlanıb.
 
Milli.Az "The Guardian"a istinadən bildirir ki, İngiltərənin Bredford şəhərində 22 yaşlı pakistanlı qadın polisə müraciət edərək yardım istəyib. O, ingilis dilində çox pis danışsa da, asayiş keşikçiləri 999 saylı telefonla alınan müraciətdən sonra hadisə yerinə yollanıblar.
 
Şikayət edən qadın 3 ay əvvəl Pakistandan Britaniyaya gətirilmiş 22 yaşlı xanımdı.
Onun dediyinə görə, Pakistanda toyu olub və toydan bir neçə gün sonra əri onu Bredforda gətirib.

"Burada artıq üç aydır ki, yaşayırıq. Toyumuz olandan sonra Bredforda gətirildim. Ərim, mən və qayınatam bir evdə yaşayırdıq. Qayınatam mənə sürəkli təcavüz edir", - gəlin dedi.
Qadının sözlərinə görə, 56 yaşlı qayınatası mömin, qatı dindar adam kimi tanınsa da, axşamlar spirtli içkilər içir, oğlu yatandan sonra gəlinini zorla yataq otağından çıxarır və onu zorlayırdı.

Qadının sakit durması üçün qayınata gəlinini döyürdü. Bir gecə isə o, gəlini Qurani-Kərimə əl basmağa vadar etdi, "bu haqda kimsəyə bir kəlmə deməyəcəyinə" and içdirdi.
Daha sonra isə o, gəlinini oğlu ilə boşanmağa və özü ilə yaşamağa vadar etmək istəyib.

Qərbi Yorkşir qraflığında yaşayan qadın ingilis dilini bilmədiyindən başına gətirilənlər barədə polisə məlumat verə bilmirdi.

Fəqət, aylar keçdi, hər gün vəhşicəsinə zorlanan və döyülən gəlin ingilis dilini pis-yaxşı öyrəndi, polisə zəng vurdu.

Bredford Kral Məhkəməsinin hakimi Conatan Derham bütün bunları söyləyəndən sonra 56 yaşlı pakistanlını "vətəndaşı intimual köləliyə vadar etməkdə" ittiham edib.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 7 222
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri