Bu qidalar saç tökülməsinə səbəb olur!

Müəllif: arzum-aysum
Şərhlər: 7
Baxılıb: 530
Paylaş:
Səs ver:
(səs: 0)
Saç tökülməsi həm müasir qadınları, həm də kişiləri narahat edən ciddi problemlərdəndir. Vitamin çatışmazlığı, stress, yanlış qulluq, səhhətinizdəki bəzi problemlər, mövsüm dəyişikliyi saçların uzanmasına imkan vermir, hətta bəzən dazlaşmaya gətirib çıxarır. Bundan əlavə, elə məhsullar da var ki, onlar saçın inkişafına zərər verir.

Saçlara zərər verən qidaların siyahısını təqdim edirik:
1. Yağlı balıq
Balığın əfsanəvi gücü və faydası haqqında bilməyən yoxdur. Onun tərkibindəki Omeqa 3 yağı dəri üçün olduqca faydalıdır. O cümlədən də saç üçün xeyirlidir. Amma balığın həddindən artıq yağlı sortlarında "merkuri" adlanan maddə var. Yağlı balıq çox yedikdə bu maddə sinkin mənimsənilməsinə, saçların uzanmasına mane olur. Odur ki, balığın orta yağlı sortunu seçin və suşi çox yeməyin.

2. Şəkər
Məlumdur ki, şəkər bədənə ziyan vurur və dəriyə pis təsir göstərir. O, cümlədən bizim ən çox sevdiyimiz şirniyyatlar kişi hormonlarının səviyyəsini artırır və saç folekullarını zəiflədir. Bu zaman saçlar öz sağlamlığını və gücünü itirir, uzanması ləngiyir.

3. Detoks sevdası
Detoks sağlamlığımız üçün effektlidir, amma ona başlamazdan əvvəl saçların vəziyyətini nəzərə almalıyıq. Əgər həddindən artıq saç tökülməsi kimi probleminiz varsa, detoks məsləhət deyil. Orqanizmi təmizləyən detoks zülalı yuyub aparacaq və saça yalnız ziyan vuracaq. Unutmaq lazım deyil ki, zülal saçların sağlam olmasında böyük rol oynayır. Yeri gəlmişkən qeyd edək ki, gündə 2 stəkandan artıq yaşıl çay içmək də saç tökülməsinə səbəb olur.

4. Sıyıq və makaron
Hər tük 80 faiz zülal olan keratindən ibarətdir. Kifayət qədər zülallı qidalar qəbul etməmək , saçı ehtiyacı olan maddələrdən məhrum etmək deməkdir. Məsələn, əti makaron və sıyıqlarla əvəz etdikdə bu məhsulların qlisemik indeksinin yüksək olduğunu da nəzərə alın. Çox şəkər, çox karbohidrat və az zülal nəticəsində saçlar sönük və cansız olur, tökülməyə başlayır.

5. A vitamininin bolluğu
Faydalı və zəruri olan A vitaminini böyük dozalarda qəbul etdikdə saç folekullarına pis təsir göstərir. A vitamini göz problemləri və korluğun qarşısını alır. İnfeksiyaya qarşı müqaviməti artırır. Dərinin və dırnaqların sağlam qalmasını təmin edir. Diş və diş əti üçün böyük əhəmiyyət daşıyır. Bu vitamin dərinin nəmli qalmasını təmin edir. Həmçinin öskürəyə də faydalıdır. Lakin A vitamini ilə zəngin olan kök, brokkoli, bibər kimi meyvə və tərəvəz pəhrizini saxlamaq saçlara heç də müsbət təsir göstərmir.

Ümumiyyətlə, saç tökülməsi kimi ciddi problemlərdə həkim, trixoloqa müraciət etmək məsləhətdir. Amma həkimə baş çəkməyə vaxtınız və imkanınız yoxdursa, bizim məsləhətlərimizi nəzərə alın.

Saçları möhkəmləndirən və tez uzadan duz maskası
Saçların kəskin tökülməsi ilə mövsüm dəyişikliyi zamanı daha çox qarşılaşırıq. Lakin xoşbəxtlikdən vəziyyəti düzəltmək üçün sehrli üsullar, maskalar və faydalı qidalar var. Bu baxımdan duz maskası saçlar üçün əla vasitədir. Saçların uzanmasını stimullaşdıran duz maskasının resepti çox sadədir: 2 xörək qaşığı xırda dəniz duzunu hər biri 1 çay qaşığı olmaqla badam, zeytun və buğda toxumu yağı ilə qarışdırın. Bu qarışıq saç dərisinin qan dövranını yaxşılaşdırır, saç diblərini qıcıqlandırır. Bu da saçların sağlam və daha tez uzanmasına şərait yaradır. Maskanı 20 dəqiqə saçda saxladıqdan sonra saç diblərini masaj edərək şampunla yuyun.

Saçları möhkәmlәndirәn vә qalınlaşdıran duz maskası
Bu maskaları hazırlamaq üçün yarım fincan xörәk duzu vә ya dәniz duzu, yarım stәkan bal vә ya konyak götürüb qatmaq lazımdır. Alınmış qarışığı kip qapaqlı qaba töküb 3 hәftә saxlayın. Bu saç maskası deyilən müddәt tamam olduqdan sonra istifadәyә yararlı ola bilәr! Hazır olanda maskanı baş dәrisinә vә saçlarınıza çəkin. 30 dәqiqәdәn sonra yuyun. Belә maskalar saçları parıldadır, sağlam görünüş bәxş edir vә әn әsası yağlılığını aradan qaldırır.

loading...
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 530
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
son bahar
menimde saclarim tokulur ama derd etmirem qalindi qoy ele biraz seyrelsin :)
12 sentyabr 2016 01:03
7
Həyat cox çətindi, ama məndə asant biri deyiləm...Sözümün keçmədiyi yerdə sözümü yox!!!!Yerimi dəyisərəm
Offline
Efsuw2016
Menim de saxlasin tokulur sanpuandandiagla
11 sentyabr 2016 16:02
6
Məni bu həyatda ən çox xoşbəxt edən sənin yanımda olman, yaxşı ki varsan və yaxşı ki, mənim yoldaşımsan
Offline
Onun_Mələyi
Saçım indi tökülür oda qıcı tikən suyundan istifadə edirəm.3-4dəfiyə yaxşı effekt verir
heyifki saç rəngini tündləşdirir.təşəkkürlər
11 sentyabr 2016 15:58
5
"Sən tərgidə bilmədiyim ən gözəl vərdişimsən...heartuww
Offline
Tomris Müslümova
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
11 sentyabr 2016 15:34
4
Sən sadəcə mənimsən...!
Offline
Gülüş.
Menim sacim tokulur
11 sentyabr 2016 15:31
3
Offline
vipbetul
tekrar xeberdir
11 sentyabr 2016 14:27
2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
qaranliq1
sacim tokulur amma bu sacqirandandi mence
11 sentyabr 2016 14:16
1
♥♥♥Həyatda heç bir şeyim az olmadı sənin qədər.Və heç bir şeyi istəmədim səni istədiyim qədər.♥♥♥

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv