Hündürdaban Bakı qlamurları [Müzakirəli Mövzu]

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 3 146
Səs ver:
(səs: 1)
Şəhərə gözəllik verən onun rəngarəngliyidir. Bəs rəngarəngliyi kim yaradır? Təbii ki, insanlar. Xüsusən də zərif cins nümayəndələri.

Azərbaycan kişiləri deyir ki, bizim qadınlar dünyanın ən gözəl qadınlarıdır. Bunun nə dərəcədə belə olub-olmadığı deyə bilməsəm də, bizim qadınların geyim mədəniyyətinin olmamasına qəti şübhəm yoxdur.

Geyim mədəniyyəti nədir? Hər bir geyimin harda və necə geyinilməsini bilmək.

Bizim qadınlar, xüsusən də 18-25 yaş arası olanlar hansı paltarın necə və hara geyinəcəklərini bilmirlər. Məsələn, universitetə klaç (clutch) adlanan kiçik əl çantaları ilə gələn qızları anlaya bilmirəm.

Klaç axşam yığıncaqları, xüsusi tədbirlər üçün nəzərdə tutulmuş çantadır. Qadınlar klaça çox az sayda əşya qoyurlar. Bizim "tələbə” qızlarımız da bu toy, yığıncaq, parti üçün nəzərdə tutulmuş çantalarla təhsil ocağına gəlirlər.

Bunun səbəbləri çox sadədir. Birincisi, zövqsüzlükdürsə, ikincisi, çarəsizlikdir. Niyə çarəsizlik?

İmtahanı ənənəvi yolla verən tələbə niyə dərsə dəftər, qələm, kitab gətirməlidir axı?

Onda burdan daha bir sual doğur. Bəs niyə gəlirlər universitetə? Özlərini göstərməyə. Bu qızların, əslində, "avtoşluq” edən oğlanlardan heç bir fərqi yoxdur. Hər ikisi bəzək üçün diplom alır, hər ikisi də özünün "görməmişliy”ini nümayiş etdirirlər.

Qızlarımızın geyimindəki digər problem isə ayaqqabıdır. Mən hündürdabanlı ayaqqabıları çox sevirəm, özümdə beləsi olmasa da. Bizim qızlar klaçlarına uyğun hündürdaban ayaqqabıda gəzəndə özlərini Ayda gəzən Armstronq kimi hiss edirlər.

Yaxşı yadıma düşdü, bu yaxınlarda universitetə gedəndə yolda paralel oxuduğum iki qızın "hoqqa”sına şahid oldum. Hər ikisi alçaqdaban ayaqqabıda avtobusdan düşdü. Qaça-qaça binaların arasındakı kiçik dalana keçdilər. Bir də gördüm, hündürdaban ayaqqabıda özlərindən razı halda, slow-temptdə, nazlana-nazlana dalandan çıxdılar. Bilmədim gülüm, ya acıyım onlara. Yaxınlaşıb niyə belə etdiklərini soruşanda, boylarının alçaq olduğunu səbəb gətirdilər. Ağ yalandır!

Bunlar hamısı "qlamurlaşma”nın fəsadlarıdır. Qlamurluq güclü maliyyə tələb edən şeydir. Əgər sən belə ayaqqabıda universitetə gəlmək istəyirsənsə, ən azı şəxsi maşının olmalıdır. Çünki özünlə ayaqqabı gəzdirmək və ya elə o hündürlükdə ayaqqabı ilə avtobusun bashabasında gəlmək sadizmdən başqa bir şey deyil.

Gürcü qızları o qədər sadə və zövqlü geyinirlər ki, adam məəttəl qalır. Siz Gürcüstanda iki eyni tipdə geyinən qıza rast gəlməzsiniz. Hər biri individual, rənglərin incə ritmini tutmuş zərif gürcü qızları...

Günel Əsgərzadə
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 3 146
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri