Təbii daşların orqanizmə təsiri

Müəllif: Pure Love
Şərhlər: 6
Baxılıb: 5 045
Səs ver:
(səs: 0)
Qırmızı rəngli daşlar aktivləşdirici, oyadıcı xüsusiyyətlərə malikdir:
Təbii daşların həmçinin qan-damar sisteminə də öz təsiri var. Maraqlıdır ki, yaponlar şər qüvvələrdən, xəstəliklərdən qorunmaq üçün rubin, qırmızı qranat kimi daşlara üstünlük veriblər. Psixologiyada isə narıncı rəngli daşlara üstünlük verilir. Bu rəngli daşlar psixoloji olaraq insana rahatlıq, dözümlülük verir. Uşaqlarda isə otağın sarı rəngdə olması və otaqda sarı rəngli təbii daşların istifadəsi məsləhət görülür. Bu rəng stimulverici təsir göstərir, görməni, diqqəti möhkəmləndirir. Yaşıl rəng isə sakitləşdirici təsir göstərir.

Təbii daşları seçərkən bürclərə də diqqət etmək lazımdır:
Zümrüd daşının rəngi təbiət rəngidir. Bu daş insanı sakitləşdirir, insanı müxtəlif mənfi enerjilərdən qoruyur. Onun rəngi də müxtəlif olur. Açıq yaşıldan tünd yaşıla qədər rəngi dəyişə bilər. Bu da onun özündə daşıdığı enerji ilə bağlıdır. Zümrüdün açıq rəngli tonlarından uşaqlar, tünd tonlarından isə yetkin insanlar daha çox istifadə edir. Bu daşın həmçinin yorulma və qocalma xüsusiyyəti var. Bəzən onun yorğunluğunu aradan qaldırmaq üçün onu duzlu suda saxlamaq lazım olur.

Qeyd edim ki, mavi rəngli daşlar insanı ani qərar qəbul etməkdən qoruyur. Bu rəngli daşları adətən daha cəsur, güclü insanlara hədiyyə edirlər. Qırmızı rəngli daşlardan yetkin yaşlı insanların deyil, gənclərin istifadə etməsi məsləhət görülür. Hətta bəzi daşlar vardır ki, onlardan müxtəlif xəstəliklərin müalicəsində də istifadə edirlər. Qədim zamanlardan bəri insanlar muncuqdan istifadə edərək, onlar bu daş vasitəsilə zob kimi xəstəliklərdən sağalacaqlarına ümid ediblər. Bəzən üzərimizdə daşıdığımız daşların rəngi dəyişə bilər. Bunu daha çox mirvarilərdə görmək olar. Bu da həmin insanın aurası, yorğunluğu, əhvalı ilə bağlıdır. Təbii daşlar yeganə elə cansız təbiət məhsuludur ki, onlar özlərində təbiətin bütün enerjisini saxlayır.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 5 045
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri