Qızılgül

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 13 692
Səs ver:
(səs: 0)

Qızılgül

 

Masanın üstündə, büllur güldanda doğum gününə hədiyyə olunmuş, qanında boğulmuş qırmızı qızılgüllər.
             Doğum günü ayrılıq günü kimi qüssəli. 
Masamda ölmək üçün doğulmuş güllərin cəsədi, ürəyimdə bitmiş həyəcanın. Öldürmək də ölmək qədər asanmış, yaşatmaq da yaşamaq kimi çətin.
Pəncərədə dibçək gülləri monastrda yaşayan qızlartək. Pəncərədən baxanda həyat rəngarəng. Həyatı pəncərədən görərək sevmək

 Yol kənarında toz başmış qızılgül kolları həyata küsmüş. Yol qırağında yaşayanların özləmi susmuş. Həyatın kənarında sadəcə, susmaq
Masada-büllur güldandakı gül pəncərədə, saxsı dibçəkdə diri olmaq istəyir, saxsı dibçəkdəki gül toz içində azad olmaq.
Çöllər evidi güllərin, pəncərələr qəfəsidi, masalar tabutu. Necə gözəl görünür hərə öz tələsində.

 Doğum günü edam günü qədər uzun. Doğum ğünü pirr qələbəsinə bənzər, tarixə məğlübiyyətə bərabər qalibiyyət adı ilə düşmüş hadisəyə. Ağır döyüşlərin birində qalib gəlmiş, amma sevinməyə bircə əsgəri də qalmamış hökmdar Pirrin qələbəsinə.
Uzun ömür də ağır döyüşdü, meydanda çoxlu yaralı və ölü, indi qələbəni kiminlə qeyd edəsən?!
В… Masanın üstündə boynu qırılmuş, başı bədənindən ayrılmış bir qızılgül hər şeyə rəğmən hələ də gülümsünür. Ona yazıq görkəm verən də elə bu təbəssümdü.
Mən səni çox sevdim, boynu vurulmuş qızılgül, sən mənim doğum günü hədiyyəmsən. Bəsdi gülümsədik, məğlublar gülümsəməz, gülüm, məğlubların heç bir haqqı yox

 

                               Sən mənim doğum günü hədiyyəmsən!

 

Redakte etdi: PRETTY GİRL

(səs: 0)
Şərhlər: 2
Baxılıb: 13 692
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri