Şamların psixoloji təsiri

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 5 467
Səs ver:
(səs: 0)

 


Artıq şamlara formaları, qoxuları və rəngləriylə yalnız bir aksesuar olaraq baxılmır. İnsan psixologiyasını təsir etdiyinə dair ciddi araşdırmalar var. Dekorasiyada şam istifadəsi, psixologiyanızı təsir edir.

Ev dekorasiyasında gözəl bir yerə sahib olan şamlar rənglərinə görə bir çox şey ifadə edir. Pəncərə önünə düzülən şamlar qəşəngliyə qəşənglik qatır. İşdə şamların rənglərinə görə ifadə etdikləri :



Yaşıl şam

Hərəkətin və məhsuldarlığın simvolu olaraq görülür və bədən-beyin enerjisini  nizamladığı deyilir. Təbiət ehtirasını artırdığı da iddialar arasındadır.

 



Mavi şam

Rəng mütəxəssislərinə görə qəbul qabiliyyətlərimizin oyanmasına və daxili qabiliyyətlərimizin fərqinə varmamıza köməkçi olan ən təsirli şamdır.



Ağ şam

Safın və gücün simvolu olaraq qəbul edilir. Ayrıca birlikdə yandığı digər şamların da təsirlərini artırır. Ağ bir şam tüstü çıxarırsa, ətrafdakı mənfi düşüncə və təsirləri yox etdiyi deyilir. Əgər tüstü bir müddət sonra kəsilirsə, o bölgə hər növ mənfilikdən təmizlənmiş sayılır.



Qara şam

Ən güclü və qoruyucu şamlar olaraq qəbul edilir. Bir çox dində, ayin və mərasimlərdə qara şamın istifadə edilməsi buna bağlanır. Mütəxəssislər, həddindən artıq istifadənin depressiyaya yol aça biləcəyini iddia edir. Buna görə təklifləri, qara şamın, ağ rəngli şamlarla bir yerdə istifadə edilməsi.



Qırmızı şam

Bu şərhi etmək üçün əslində mütəxəssis olmağa heç ehtiyac yoxdur. Qırmızı eşq və romantizmin simvolu olduğuna görə, qırmızı şamlar da eyni təsiri yaradacaq. Necə ki mütəxəssislərdə eyni şeyi söyləyir.




Çəhrayı şam

Sevginin və müvəffəqiyyətin simvolu olaraq baxılır. Şərəfli, şüurlu və saf bir həyatın xüsusiyyətləri çəhrayı şamlarda toplandığı deyilir.

Turuncu şam

Sevinci və yaradıcılığı artırdığı iddia edilir. Nəticəsini görmək üçün dərsə hazırlaşarkən, iş masanızda turuncu şam yandıraraq kiçik bir təcrübə edə bilərsiniz.

Boz və gümüş rəngi şam

Açıqlığın və şəffaflığın simvolu olaraq görülür. İçində gizli qalmış qabiliyyətləri ortaya çıxarmaq istəyən kəslərə, iş əsnasında bu şamlardan faydalanmaları tövsiyə edilir.

Qəhvə rəngi şam

Bu şamlar tərəfsiz, neytral xüsusiyyətlər daşıyır. Qısacası mənfi və ya müsbət bir təsiri olduğundan danışılmır.

Bənövşəyi və əflatun şam

Bu rəng şamların adamda müvəffəqiyyət və arzularını hərəkətə keçirdiyi ifadə edilir.

 

Tərcümə etdi və hazırladı: PURE LOVE

(səs: 0)
Şərhlər: 2
Baxılıb: 5 467
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri