Duz və su

Müəllif: YalniZ-ArZu
Şərhlər: 6
Baxılıb: 1 702
Səs ver:
(səs: 0)
Hindli bir yaşlı usta, köməkçisinin hər şeydən davamlı şikayət etməsindən bezmişdi. Bir gün onu duz almağa göndərdi. Həyatındakı hər şeydən narazı olan köməkçi geri dönəndə, yaşlı usta ona, bir ovuc duzu, bir stəkan suya qatıb içməsini söylədi.
Oğlan, yaşlı adamın söylədiyini etdi, amma içər – içməz ağzındakıları tüpürməyə başladı.
"Dadı necədir?" deyə soruşan yaşlı adama hirslə "Acı" deyə cavab verdi.
Usta oğlanın qolundan tutdu və çölə çıxardı. Səssizcə az irəlidəki gölün sahilinə apardı və ona bu dəfə də bir ovuc duzu gölə atıb, göldən su içməsini söylədi.
Deyiləni edən şagird, ağzının kənarlarından axan suyu qoluyla silərkən usta eyni sualı soruşdu:
"Dadı necədir?"
"Təravətləndirici" deyə cavab verdi gənc oğlan.
"Duzun dadını hiss etdinmi?" deyə soruşan yaşlı adama, "Xeyr" deyə cavab verdi.
Sonra yaşlı adam, suyun yanına diz çökmüş olan oğlanın yanında oturdu və belə dedi:

"Həyatdakı ağrılar duz kimidir, nə azdır, nə də çox. Acının miqdarı həmişə eynidir. Ancaq bu ağrının acılığı, nəyin içinə qoyulduğuna bağlıdır. Ağrın olduğunda etməyin lazım olan tək şey, ağrı verən şeylə əlaqədar duyğularını genişləndirməkdir. Onun üçün sən də artıq stəkan olmaqdan əl çək, göl olmağa çalış."
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 1 702
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri