Azərbaycan qadını

Şərhlər: 3
Baxılıb: 2 197
Səs ver:
(səs: 1)
Azərbaycan qadını fədakardır, şəfqətlidir, anadır, evinin xanımıdır, yaxşı qonaq qarşılayır, ən dadlı yemekleri bişirir və sadalamadığım çox şeyi bacarır...Qısacası ev və ailəsi üçün hər şeyi edir... Amma bezileri bir tək yaxşı sevgili ola bilmir...Bu da bezi ailelerin terefler arasındakı soyuqluğun başlıca sebebidir... Gəlin bir də kişilərin baxış bucağı ilə hadisələrə baxaq...Axşam işdən çıxıb evinə gələn kişinin ilk zəngində deyilənlərdən:"evə çörək al; su pulu yığan gəldi; oğlun 2 alıb bu gün; anan zəng edib zəhləmi tökdü və s.” Daha evə çatmamış qaşları çatılan, işdə pozulan və yorulan kefinin üstünə bir az da bonus gelən yazıq kişi evinə üz tutur...Qapını açan xanımının istər üstü-başı yağlı, bozbaş iyi versin , istərse de ətir qoxan qlamur olsun, kişi onu qarşılayan qadınından yalnız ve yalnız xoş üz görmək istəyər....Əvəzində isə çoxluqda bizdə qapıya uşaqları göndərilər...Arvadını mətbəxdə görən kişi „Acsan, yemək gətirim?” sualı ilə birbaşa qarşılaşar, beləcə bozbaş iyi çökər kişinin xəyallarına.... Yemək bitər, uşaqlar yatmağa gedər, indi də başlayar arvadın serialları, kişinin futbol davaları...Kemalla Nihan bu gün neylədi, Emirin zibillerinin sübutu tapıldımı və b. guya maraq oyandıran suallarla kişinin diqqəti futboldan yayındırılmağa çalışılsa da, alınmaz....Bir fiasko da burdan gələr.... Növbə gələr evin problemlərinə, işıq pulu, qaz pulu, toy pulu, uşağın oxutdurulmağı, hazırlığı, arvadın paltarı, evin bazarlığı və başqa maddiyyat dərdləri....Evə ayaq qoyandan hələ özünə növbə çatmayan kişi əlini atar cibinə, boşaldar pul kisəsini....Gedər yatmağa... Əsas məsələ də bundan sonra başlayar...Heç olmaya sevgi görmək ümidilə alışıb-yanan kişi indi də xanımının nazıyla oynayar ki, bəlkə buna bir sevgi verə...

İndi gəldik əsas sualımıza: Bu həyatı hər gün bu şəkildə yaşayan hansı kişi sonadək sadiq qalacaq öz xanımına?Ev-ailə problemlərini üzərinə tökdüyümüz kişilərə nə vaxta kimi maddiyyat və ev idarəçisi kimi baxacağıqsa, onlardan sədaqət gözləməyin elə özü axmaqlıqdır... İstər evdar olsun, istər ən dadlı bozbaşı bişirsin, istərsə ayda 1000 man qazanan işgüzar qadın olsun, fərq etməz...
Kişilər daim evində, ailəsində, yatağında qadınından hər şeydən öncə şirindilli bir derd ortağı, bir sevgili olmağı gözləyər... Sonda bir neçə sualla yazımı yekunlaşdırıram....Ən son yoldaşınız üçün xüsusi bir masa nə zaman hazırladınız və ya bir boşqabda yemək yediniz? Axırıncı dəfə onu nə vaxt yuxudan öpərək oyatmısınız? Heç bu günlərdə onunla bir film izlədinizmi? Bugünədək şexsi mövzularda onunla rahat söhbət etmisinizmi? Onun üçün fərqli bir sürpriz hədiyyə hazırlamısınızmı? Ən yorğun, ən əsəbi vaxtında onu güldürməyə çalışmısınızmı?…İşdeki problemleri barede ne zaman maraqlanmısınız?Vacibdirmi ki, her zaman her şeyi yalnız kişilerden gözleyek? Bu sualların davamını dolmada belə kreativlik fikirləşib, piramida şəklində bükməyi düşünməyi bacaran, aile deyerlerini qorumaq üçün daim fedakar addımlar atan Azərbaycan qadınına buraxıram və deyirəm...Ən son nə zaman əriniz üçün sevgili olmusunuz?
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 197
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri