"Yalan" haqqında aforizmlər

Müəllif: Son Bahar
Şərhlər: 8
Baxılıb: 4 148
Səs ver:
(səs: 1)
Dünyada insanı ən çox utandıran şey yalanının üzə çıxmasıdır.

Elə adamlar var ki, özləri yalan danışmaqdan qaçsalar da, yalançıların xidmətindən məmnuniyyətlə istifadə edirlər.

Həqiqət dayağını itirəndə yalan ayaq tapıb yeriyər.

Hər bir yalan daha məntiqli, daha tutarlı ikinci bir yalanın arxasında gizlədilmişdir.

Onda ki, yalan taxta çıxır,
Saf almaz saxta çıxır.

Özünə də yalan satan insan bir müddətdən sonra doğru ilə yalanı seçə bilməyəcək.

Yalan meşə kimidir: nə qədər uzağa getsən, çıxmaq da bir o qədər çətin olacaqdır.

Yalan, ola bilsin, bir problemi həll edə bilər, amma özü ilə daha yüz problem gətirər.

Yalançının cəzası insanların ona inanmaması deyil, onun heç kimə inanmamasıdır.

Yalanın üstü açılanda insan utanırsa, deməli, o hələ tam yalançı deyil.
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 4 148
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri