Geyimlər xarakteriniz haqqında nə deyir?

Müəllif: Pure Love
Şərhlər: 8
Baxılıb: 2 102
Səs ver:
(səs: 0)
Yubka-karandaş hörmət doğurur
Dar köynək iddialı və rəsmi olmağı sevdiyimizi göstərir və ümumi görkəmə ciddilik verir.
Yubka-karandaş modelinə əsasən klassika tərəfdarları üstünlük verir. Belə xanımlar özünə güvənən, sakit, güclü obraz yaradır və ətrafda özünə qarşı hörmət doğurur.
Dəri geyimlərdən çox istifadə edənlər müstəqil və üsyankar xarakterlidir.

Dəyirmi kəsimli paltarlar isə sizin daha yumşaq xarakterə malik olduğunuzu göstərir, eləcə də asan və xoş xasiyyətli bir insan obrazı yaradır.
Stilettolar zərifliyi, baletklar isə gücü ifadə edir
Giydiklerimiz karakterimiz hakkında ne söylüyor?

Stiletto geyinən xanımlar həssas ruhlu, zərif və nəcib xarakterə malikdir.
Səndəl geyinməyi sevənlər bir az sərt, eyni zamanda əyləncəli ruha malik olduğumuzu göstərir.
Baletka isə sahibinin həyata çəhrayı eynəkdən baxdığını, lakin ən çıxılmaz vəziyyətdə belə özünü qoruya bildiyini ifadə edir.

Aksessuarlar kimliyimizin ən böyük aynasıdır
İri halqa sırğalar o an heç nəyin vecimizə olmadığını, ağrılara alışdığımızı göstərir. İncə bilərziklər maskulen bir tərəfimizin olduğunu anladır, daş-qaşlı üzüklər alicənablığı, nəcibliyi, kiçik qaşlı zərif üzüklər dəbdəbəli həyatı sevmədiyimizi, böyük qaşlı üzüklər isə dəbdəbəli bir həyat tərzinə önəm verdiyimizi göstərir.
Rənglər bizi ələ verir

Rənglərin də insan psixologiyası üzərində təsiri böyükdür. Üslubla yanaşı, istifadə etdiyimiz rənglər insan haqqında müəyyən mesajlar ötürür.
Əhvalımız yaxşı olanda adətən əlvan rənglərə üstünlük veririk, tünd rənglər isə fikirli, başımızın qarışıq və həll etmədiyimiz problemlərin olduğunu göstərir.

Ağ təmizliyi, etibarlılığı, sabitliyi təmsil edir. Çəkiciliyi, müvəqqəti olmağı, ağlı, ehtirası və intellektuallığı xatırladır, eləcə də qarşımızdakına böyük arzuları, ümidləri olan insan olduğumuzu bildirir.
Tutqun boz, xaki və tünd yaşıl kimi rənglər gizli qalmaq arzusunu ifadə edir, ürkək obrazı yaradır.
Ən təsirli və diqqət cəlb edən rəng qırmızıdır. Bu rəng energetik, cəsur, sərt, enerjili, həyəcan verici şəxs olduğumuzu göstərir, həmçinin hər kəsə meydan oxuduğumuzu bildirir.
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 2 102
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri