Bir "Ana" qorxusu..

Müəllif: Efsuw2016
Şərhlər: 7
Baxılıb: 1 902
Səs ver:
(səs: 0)
Bir ana öz oğlu ilә qızına nәsihәtlә müraciәt edir:
"Oğlum, qızım, ciyәr paralarım! Günlәrin bir günü mәnim qocaldığımı vә hәrәkәtlәrimin mәntiqsizlәşdiyini görәcәksiniz. Hәmin vaxt, xahiş edirәm, mәni anlamaq üçün zaman ayırın vә sәbirli olmağa çalışın.
Әllәrim titrәdiyi üçün yediklәrim yaxama tökülәndә, әynimi geyinmәyә taqәtim olmayanda, o vәziyyәtdә özümün edә bilmәdiklәrimi sizә öyrәtdiyim günlәri xatırlayın, mәnim üçün sәbirli olmağa çalışın.
Üst-başımdan xoşagәlmәz qoxular duyarsınızsa, mәni danlamayın, uşaqkәn sizi geyindirdiyimi, sizin hәr zaman tәmiz, sәliqәli olmağınıza çalışdığımı xatırlayın.
Mәnim sağlam düşüncәyә uyğun olmayan hәrәkәtlәrimi görәrsinizsә, mәnә gülmәyin, mәnim düşünәn beynim, görәn gözüm olun, mәnә kömәk edin.
Siz mәnә düzü-sәhvi necә göstәrә bilәrsiniz? Axı sizi böyüdüb tәrbiyә edәn, sizә bu dünyada yaşamağın yolunu göstәrәn mәn olmuşam... Vә sizә Qiyamәt günü barәdә danışan da mәn idim...
Mәnimlә söhbәt edәrkәn, mәnim asta, lәng danışığımdan, lәng düşünmәyimdәn, çәtin qavramağımdan, zәif yaddaşımdan yorulmayın, lütfәn, axı indi mәnim yeganә xoşbәxtliyim sizin yanımda olub, mәnimlә danışmağınızdır.
Ayaqlarım taqәtsiz olub, hәrәkәt etmәyimi çәtinlәşdirәrsә, mәnә qarşı hәlim olun, axı siz ayaqda möhkәm dayanana kimi daim әlinizdәn tutub, sizә yeritmәyi öyrәdәn mәn olmuşam. Vә mәnim o vәziyyәtimdә әlimdәn tutarkәn әsla utanc hissi keçirmәyin, çünki bir gün siz dә әlinizdәn tutacaq birini axtaracaqsınız.
Bilin ki, mәn artıq sizin kimi hәyata doğru deyil, әksinә, hәyatdan ölümә, qәbir evinә doğru irәlilәyirәm, ölümdәn qorxmuram, onu gözlәyirәm, ona görә dә mәnim yanımda olun, mәnә qarşı deyil.
Hansısa sәhvlәrimi xatırlasanız, bilin ki, mәn heç vaxt sizә xoşbәxtlikdәn savayı bir şey dilәmәmişәm. İndi mәnim üçün edә bilәcәyiniz әn böyük yaxşılıq qüsurlarımı bağışlamanız, nöqsanlarımı gizlәtmәniz olar. Allah da sizin günahlarınızı bağışlasın, nöqsanlarınızı gizli saxlasın!
Sizin tәbәssümünüz, gülüşünüz, hәmişә olduğu kimi, indi dә mәnә dünyaları bәxş edir. Mәni özünüzdәn, bu sәadәtdәn mәhrum etmәyin, nә olar. Siz doğularkәn, mәn sizinlә olmuşam, mәn öldüyümdә dә siz mәnimlә olun, mәni o biri dünyaya, son mәnzilimә yola salın...
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 1 902
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri