Ürək bir uşaq kimidir, ürəyə nə öyrətsən o da onu söyləyər..

Müəllif: Totu
Şərhlər: 6
Baxılıb: 2 674
Səs ver:
(səs: 1)
Aldanma deyə bir şey yoxdur ! Yalnız bir az çox güvənmək vardır. Və insanı aldandığı deyil, ən çox güvəndiyi aldadar.

Düşmənindən çox dostundan çəkin ! Çünki dostluq bitsə; Sənə necə zərər verə biləcəyini ən yaxşı dostun bilər.

Bir əldə qədəh, bir əldə Quran; Bir halaldır işimiz, bir haram. Bu yarım nahaqq dünyada nə tam kafirik, nə tam müsəlman !

Qadınmış deyərlər adamı dəli edən. Sən nə desən də, yenə qadındır dəlini də adam edən

Həddini bilmədikdən sonra çox şey bilmək bir şeyə yaramaz. Susqunluq kimsəni yanıltmasın,çünki susan danışsa kimsə qəbul edə bilməz.

Hər kəs bədəninin ölümünü düşünür. Ürəyinin ölümünü düşünən yox. Əsl əhəmiyyətli olan ürəyin ölməsidir...

Sən çiçək olub ətrafa gülücüklər saçmaga söz ver. Torpaq olub səni başının üstündə daşıyan tapılar..

Təvəkkül insana rəhbərdir, amma səbəbə sarılmaq da Peyğəmbərin sünnətidir...

Yeni tapdığın yoldaşları qələmə, köhnələri silgiyə vurma. Qələmin ucu ürəyinə batsa, silginin yumşaq şəfqətinə möhtac olarsan.

Küsmək və incimək üçün bəhanələr axtarmaq yerinə sevmək və sevilmək üçün bəhanələr axtarın..

Həyat, ilk nəfəslə oxumağa başladığın, son nəfəsində isə xülasəsini təqdim edəcəyin tək kitabın....

Səbirlə nəfsin belini qır. O alçaqdır, yaxşılıq etməyə heç gəlməz..

Əgər duada gözəl bir nəfəsə sahib deyilsənsə, get də xoş nəfəsli bir dostdan dua istə..

Qoxuların ən gözəli könül qoxusudur, çünki o qoxu Rəbbin qoxusudur. O qoxu qırıq könüllərdə məğlub ruhlarda tapılar…

Ürək bir uşaq kimidir, ürəyə nə öyrətsən o da onu söyləyər.

Pis yaradılışlı adam ALLAH'a yalvara bilməsin deyə ALLAH ona dərd kədər verməz. Unutma, Firon'un başı bir dəfə belə ağrımadı.

Hadisələrə iman və hidayət gözlüyü ilə baxan biri, hər şeyin yaxşı və gözəl tərəfini görər və onunla xoşbəxt olar.

Uşağınıza buraxacağınız ən gözəl miras onu həm dünya və həm də axirət xoşbəxtliyinə çatdıracaq bir tərbiyədir..
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 2 674
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri