Nələri bağışlamaq olar?

Müəllif: Barbaris
Şərhlər: 7
Baxılıb: 2 697
Səs ver:
(səs: 1)
Siz sevdiyiniz insanın səhvlərini bağışlaya bilərsinizmi? “Baxır səhvə”, deyənlər yəqin ki, daha çox olacaq.Elə isə sevgilinizin bağışlana biləcək və bağışlanması mümkün olmayan səhvləri barədə...

Bağışlanan səhvlər:

Kiçik yalanlar - Təzə tanış olduğunuz vaxt sizin diqqətinizi cəlb etmək söylədiyi bağışlaya bilərsiz, ya da münasibətləriniz diləşdikdə sizi kədərləndirməmək üçün zərərsiz yalan danışıbsa, günahından keçmək olar.

Hirsləndikdə etdiyi hərəkətlər - Bəzi insanlar əsəbləşəndə nə söylədiklərini bilmirlər.Bu, bütün insanlarda olan xüsusiyyətdir.Əgər qürurunuza toxunacaq elə də ağır söz deməyibsə, bağışlamaq olar.

Görüşə gəlməmək və ya gecikmək - Ondan asılı olmayan səbəbdən (xəstəlik, tıxac və s.)görüşə gecikibsə və ya heç gəlməyibsə, bunun üstündən keçə bilərsiniz.

Xüsusi günləri unutmaq - Bu vəziyyət kişilərdə daha çox özünü büruzə verir.Əgər xüsusi günləri unutmaq onun üçün adət halını almayıbsa, bağışlamağınız mümkündü.Ancaq bir daha unutmaması üçün xəbərdarlıq edin.

Lazımı qədər vaxt ayırmamaq - Bəzən insanlar istəmədən sevdiyi insana vaxt ayıra bilmir.Bunu problem etməyə dəyməz.Yox, əgər sizə diqqətsizlik mütəmadə xarakter daşıyırsa, bunu fikir verin.

Məsuliyyətsiz hərəkət etmək - Münasibətlərdə hər iki tərəfin eyni dərəcədə məsuliyyətli olması mümkün deyil.Ona görə də bir tərəf digər tərəfə mütləq güzəştə getməlidir.Onun məsuliyyətsiz rəftarı sizə ziyan vurmursa, bağışlamaq olar.

Kiçik ayrılıqlar - Mübahisələr bəzən xoşagəlməz nəticələr gətirib çıxarır.Sən istəməsən bələ o, “hər şey qurtardı” deyə bilər.Ancaq bir neçə günlük ayrılıq sizə hər şeyi yaxşıca götür-qoy etməyə kömək edəcək.

Gizli bağışlar - Bəzən sevdiyiniz insanın başqalarına diqqət yetirdiyini hiss etsəniz, qısqanmayın.Çünki bu, o demək deyil ki, o, sizi sevmir.

Bağışlanılmayan səhvlər:

Təhdid - Sizə əl qaldırsa, bağışlamayın.Bağışlasanız, əmin olun ki, bu hərəkət yenidən təkrarlanacaq.

Xəyanət - Bağışlanılması mümkün olmayan addım... Sizi başqasına dəyişibsə, demək, əvvəlki kimi sevmir.

Böyük yalanlar - Evli olduğu halda “subayam” desə, onun yalanını aşkar etsəniz, ayrılın.

Laqeydlik - Sizinlə bağlı heç bir şeylə maraqlanmırsa ondan uzaqlaşmanız məsləhətdir.

Hörmətsizlik - Hər kəsin yanında sizi təhqir edirsə, qürurunuza xələl gətirən hərəkətlər edirsə, bağışlamayın.Çünki sevgidə hörmət əsas amildir.

İçki və narkotik vasitələr - Görüşməyə başladıqdan sonra sevgilinizin içki düşkünü və ya narkoman olduğunu öyrənsəniz, ondan ayrılmanız məsləhətdir.Çünki siz onu bu yoldan çəkindirə bilməzsiniz.Əksinə, o, sizi öz təsiri altına salacaq
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 2 697
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri