Sevgisi böyük,özü kiçik dünyam

Müəllif: my_angel
Şərhlər: 10
Baxılıb: 2 810
Səs ver:
(səs: 1)
Çiçəkləri sevirəm...
Mənə baharı, ad günümü və mövcudluğumun əslində bir səbəbi olduğunu hiss etdirdiyi üçün..

Yağışı sevirəm...
yağış sonrası torpaq qoxusunu hiss etdiyim üçün...
Yağış yağdığında insanları izləməyi sevirəm... ora-bura qaçışları məni gülümsətdiyi üçün..

Qoxuları sevirəm...
bütün sevdiklərimin özünə xas bir qoxusu olduğu üçün..

Sevgisi böyük,özü kişik dünyam..
Məktub yazmağı və oxumağı sevirəm..
təmiz hissləri ifadə etdiyi üçün...

Dostlarımı sevirəm...
məni olduğum kimi qəbul etdikləri üçün...
səhvlərimdə üz çevirib ,küsdürdükləri üçün...

Düşmənlərimi də sevirəm...
mənə olan diqqətləri sayəsində yanlışım olmadığı üçün...
Sevgisi böyük,özü kişik dünyam..

Yuxularımı sevirəm...
Xəyallarımı gerçək etdiyi üçün...

Gəzməyi sevirəm..
yeni həyatlar, yeni insanlar tanıya bilmə fürsəti yaratdığı üçün...

Kitab rəfimdəki kitabları sevirəm..
məndən əvvəlki kəslərin mənim yaşımda olarkən
kitablarda yazdıqları möhtəşəm qeydləri oxumaq üçün..

Köhnə əşyaları, fotoşəkilləri sevirəm...
içində yaşanmış ecazkar hekayələrin olduğunu düşünüb xəyal qurmaq üçün...

Aşiq olmağı sevirəm..
kimsənin qarşılıqsız bir şeylər vermədiyi bir dünyada kiçik bir gülüş
ya da tək bir sözlə bəzilərindən fərqli olaraq
"ona” təsir edə bildiyim üçün, ayaqlarımın yerdən kəsilə bilməsinə icazə verdiyi üçün...

İnsanları sevirəm...
Məni bu həyatda tək yaşatmadıqları üçün...
(səs: 1)
Şərhlər: 10
Baxılıb: 2 810
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri