İnsanlar sadəcə olaraq bənzərsizdirlər

Müəllif: Barbaris
Şərhlər: 2
Baxılıb: 2 116
Səs ver:
(səs: 1)
Dağıtmaq nifrətdən gələr, yaratmaq sevgidən gələr.

Səni, şərtsiz sevməyə hazırlamağa; səni, yadlarla belə dostluğa hazırlamağa; qarşıdurma yaratdıqları üçün təşkilatlanmış dinlərini buraxmağa, ölkənə aidiyyətini belə buraxmağa hazırlamağa çalışıram. Forma olaraq ölkənin pasportunu daşımaq məcburiyyətində qalacaqsan, amma bu sadəcə bir rəsmiyyətdir. Varlığının dərinlərində bir Hindu olmamalısan; bir Alman olmamalısan və bir Xristian olmamalısan.

Özünü bilən, öz varlığını anlayan, həyatın mənasını anlayan insanda anidən bir güc partlayışı olar. Lakin, bu daha çox sevgi kimdidir, mərhəmət kimidir. Günəş işığından çox, ay işığı kimidir; sərin, sakit, gözəl. Belə bir insanın dəyərsizlik kompleksi yoxdur. O qədər doludur, o qədər doyğundur, o qədər dincdir ki, başqaları üzərində güc sahibi olmağı arzulamasına heç gərək yoxdur.
Başqaları üzərində güc siyasidir və başqaları üzərində güc sahibi olmaqla maraqlanan insanlar, dərin bir dəyərsizlik kompleksi olan insanlardır. Özlərini davamlı olaraq başqaları ilə müqayisə edir və özlərini dəyərsiz hiss edirlər. Dünyaya və özlərinə bunun belə olmadığını, üstün varlıqlar olduqlarını sübut etmək istəyirlər. Bütün siyasətçilər, dəyərsizlik kompleksindən əziyyət çəkirlər. Bütün siyasətçilərin psixoloji müalicə almaqları gərəkdir. Bunlar xəstə insanlardır və bu xəstə insanların əlindən bütün dünya çox böyük iztirab içindədir. Üç min ildə beş min müharibə!

Siyasi güc çirkindir. Başqaları üzərində güc çirkindir. İnsanlıq xaricidir, çünki biri üzərində güc sahibi olmaq, o insanı bir əşyaya endirmək deməkdir. Sənin malın halına gələr.

Nixon, başqalarının telefon danışıqlarını dinləyərkən yaxalandı və nəhayət, prezidentlikdən istefa etmək məcburiyyətində qaldığı zaman, Mao Zedongun şərhi diqqətə layiq idi. “Bunu hər siyasətçi edər. Bunda özəl bir durum yoxdur, niyə bu qədər böyüdürlər? Zavallı Nixon sadəcə olaraq bunu edərkən yaxalandı.” dedi.

Yalnız təvazökarlıq, sadəlik, təbiilik, başqası ilə müqayisə etməmək… Hər kəs bəznərsizdir; müqayisə etmək qeyri-mümkündür! Bir qızılgülü bir məxmər gülü ilə necə müqayisə edə bilərsən? Hansının üstdə, hansının aşağıda olduğunu necə söyləyə bilərsən? İkisinin də özünə xas gözəlliyi vardır və ikisi də çiçək açmış; günəşdə, küləkdə, yağışda rəqs etmiş; həyatını tam mənası ilə yaşamışdır.

Heç kim üstün deyil, heç kim aşağı deyil, amma heç kim bərabər də deyil. İnsanlar sadəcə olaraq bənzərsizdirlər. Sən sənsən. Mən mənəm. Mən həyata öz potensialımı qatmalıyam; sən həyata öz potensialını qatmalısan. Mən öz varlığımı kəşf etməliyəm, sən öz varlığını kəşf etməlisən.

Sənə birini sevməyini desələr, bunu necə edəcəksən? Bəli, rola girə bilərsən, sevirmiş kimi edə bilərsən; baxdığın kinolardan, oxuduğun romanlardan gözəl dialoqları təkrarlaya bilərsən. Gözəl şeylər deyə bilərsən, amma heç bir şey səndən çıxmır. Sevmir, sadəcə bir oyunda rolunu oynayırsan. İşin fəlakət olan tərəfi isə budur ki, çoxumuz bütün həyatımızı oyun belə yox, məşqlə davam etdiririk. Oyun üçün zaman əsla gəlməz, təkrar təkrar məşq edilər. Bir neçə insan üçün oyun vaxtı gəlsə belə, oyun da başqa hər hansı bir şey qədər saxtadır, çünki ürəyin içində deyil. Ölüdür, nəfəs ala bilməz. İstiliyi, canlılığı, rəqsi yoxdur. Bunu belə etmək üzrə öyrədildiyin üçün belə edirsən. Bu bir növ məşq, bədən tərbiyəsi, nəzakət qaydası, tərbiyə hər hansı bir şeydir, amma sevgi deyil.

Sənin üçün nəyin yaxşı, nəyin pis olduğunu yalnız sən tapa bilərsən. O zaman bütün hərəkətlərinin içindən keçən fərqindəlik ipini tut, həyatında heç bir nifrət, heç bir hirs, heç bir qısqanclıq tapa bilməyəcəksən. Ona görə yox ki, bunlardan vazkeçdin, ona görə yox ki, onları sakitləşdirdin, ona görə yox ki, bir şəkildə onlardan qurtuldun, ona görə yox ki, onlara qarşı nəsə etməyə cəhd etdin. Xeyr, heç bir şey etmədin, onlara toxunmadın belə. Fərqindəliyin gözəlliyi budur: Əsla bir şeyi sakitləşdirməz, amma fərqindəliyin işığında sanki əriyən və dəyişən şeylər vardır. Və daha sağlam, daha bütün, daha dərin, daha qüvvətli hala gələn şeylər vardır: sevgi, mərhəmət, yaxşılıq, dostluq, anlayış.

Fərqindəliklə edilən hər şey gözəl ola bilər; eyni hərəkət, fərqindəlik olmadan çirkinləşə bilər.

Dolayısı ilə xatırlanmalı olan ilk şey, qorxu ilə hərəkət etməyin doğru yol olmadığıdır.

Həyat bu qədər asan yox edilməsinə icazə verə bilməz, çox böyük müqavimət göstərəcəkdir. O müqavimətdə yeni bir insanın, yeni bir şəfəqin, yeni bir nizamın, bütün həyatın və varoluşun doğumu gizlidir.

Min illərdir batıb qalmışıq, sadəcə əşyalar inkişafını davam etdirir: daha yaxşı maşınlar, daha yaxşı təyyarərlər, daha yaxşı bombalar, amma daha yaxşı insanlar yoxdur. İnsanın ilişib qalması, amma başqa hər şeyin böyüməyə davam etməyi təhlükəli bir vəziyyətdir. İnsan öz irəliləməsinin, öz texnologiyasının, öz elminin altında qalacaq. İnsan da böyüməlidir; insan daima öndə olmalıdır.

Hər cür elmi irəliləmənin tərəfdarıyam, amma irəliləmə, yaradıcı insanların əlində olmalıdır… irəliləmə, müharibə deyə bağıranların əlində olmamalıdır.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 2 116
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri