Çimərlik, yoxsa abırsızlığın son həddi ?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 8 851
Səs ver:
(səs: 2)


Biraz dəniz barədə..

Dəniz - əslində bu ALLAHın bizə verdiyi nemətdi..İsti qum, dəniz havası, dəniz suyunun insana necə xeyirli olduğunu hər kəs bilir..Elə buna görə də yay fəslində hər kəs çimərliklərə axın edir..Xeyirli amillərdən başqa dənizin verdiyi həzz əvəz olunmazdır..

Keçək mövzumuza..
Çimərlik yoxsa, abırsızlığın son həddi ? xəbərə nahaq yerə bu adı vermədim..Səbəb isə hər dəfə çimərliyə gedəndə gördüyüm və müşahidə etdiyim hadisələrdi..Lütlənib ortlıqda gəzən xanımları görəndə, VALLAH, onların yerinə özüm utanıram..

Siz də məni bağışlayın, hər yeri görünə-görünə dənizdə üzən xanım, məgər sən abırlı geyinib sabah işə getməyəcəksən ?
Bəs həmin o iş yoldaşını dənizdə açıq-saçıq kupalnikdə görəndə utanmayacaqsan ? Ən maraqlısı sabah işdə onunla necə üz-üzə gələcəksən bir haldakı hər yerini artıq göstərmisən..

Heç vaxt, hətta sinəsi bir balaca görsənən koftanı və yaxud kiçik ətəkli yupkanı geyinməyib, "ayıbdı" deyə fikirləşən xanım, dənizdə çılpaq uzanıb zaqar eləmiyin nədir ?
Bəs onda açıq sinəni, görünən ayaqlarını görməyəcəklər ?

"Atam qoymur" deyə qrup yoldaşları ilə şəhərə gəzməyə çıxmayan qız uşağı, qrup yoldaşının qabağına bütün vücudun görsəndiyi vəziyyətdə çıxanda utanmayacaqsan ?

Facebooka-a daxil olmağı özünə ayıb bilən qızlar, bəs o facebook-dakı oğlanlarla bir yerdə, bir məkanda alt paltarına oxşar kupalnikdə üzməyi necə özünüzə ayıb bilmirsiz ?

Hələ mən xanımlardan çəkinib daha abırsız və daha qınalınası məqamları qeyd eləmirəm..

Nə məcburdur ? Nə ölümdür ? İndi əksər xanımlar əminəm ki, məni bu fikirlərimə görə qınayayıb köhnə düşüncəli olduğumu deyəcək..Müasir zamanədə, 2-ci əsrdə dənizə getmək nə vaxtdan ayıb sayılıb ?

SONDA..
Başa düşürəm, dəniz ancaq kişilər üçün yaranmayıb və bu nemətdən qadınlar da istifadə etməlidirlər..Ona görə də çıxış yolunu mən ancaq bəzi müsəlman ölkələrdəki kimi qadın və kişilər üçün çimərliyi ayırmaqda görürəm..Ancaq belə bu rəzalətdən qurtarmaq olar..

Çalışın yuxarıda verdiyim suallara cavab verin..
Fikrini bildirməkdən qorxma, fikir bildirə bilməməkdən qorx.

(səs: 2)
Şərhlər: 2
Baxılıb: 8 851
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri