GƏLİNİN ƏLİNƏ NİYƏ XINA YAXILIR ?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 5 755
Səs ver:
(səs: 1)
Kədərin və xoşbəxtliyin bir vaxtda yaşandığı xına gecəsində gəlin həm ağlayır,
həm də gülüb əylənir.Gəlinin və bəyin qadın qohumları və dostları toydan bir neçə gün əvvəl təşkil olunan xına gecəsində gəlinə xına yaxırlar.
Son vaxtlarda bu mərasimi təşkil edən bir çox təşkilatlar da mövcuddur.Bəs illərdən bəri gələn bu xına mərasiminin mənası nədir?..Mən sizə xına yaxmağın nə mənaya gəldiyini araşdırıb yazmışam.


Xınanın cütlükləri nəzərdən qoruduğuna inanılır.
Xına yaxmaq köhnə islam ənənələrindəndir.Keçmişdə yaşayanlar xınanın cütlüklərin bir-birinə daha möhkəm bağlanmaq, eşqlərinin davamlı olmasını təmin etmək üçün yaxıldığını deyirlər.Həmçinin evlənən cütlükləri nəzərdən və pis əməllərdən qoruduğuna da inanılır.
Həm ağlayaram, həm gedərəm
Xına mərasiminin təşkil olunması həm toydan əvvəl hər iki tərəfin qadınlarını bir-birinə yaxınlaşdırır, həm də "Həm ağlayaram, həm də gedərəm" ruhunu yansıdır.


Bundan əlavə xınanın qırmızı rənginin sevgi və söhbət hisslərini oyatdığı da deyilir.Təbii ki, bu cür inanclara inanmaq sizə qalıb.Lakin keçmişlərdən bu günə qədər davam edən xına mərasimi həm iki tərəfin bir-birinə yaxınlaşması, həm də gənc qızların əylənməsi baxımından hamının keçirməyə çalışdığı toy adətlərindəndir.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 5 755
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri