Tarixdə bu gün - 6 avqust

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 1 884
Səs ver:
(səs: 1)
6 avqust. İlin sonuna 147 gün qalır.

1726. Almaniya və Rusiya Osmanlı dövlətinə qarşı ittifaq bağlayıb

1825. Boliviya müstəqillik əldə edib

1890. Nyu-Yorkda elektrik stulunda ilk edam həyata keçirilib. Qatil Vilyam Kemler bu metodla edam edilən ilk insan kimi tarixə düşüb

1919. İngilis general Tomson Xəzər hərbi donanmasını Denikin könüllülər ordusuna vermək barədə sərəncam imzalayıb

1925. Şair Bəxtiyar Vahabzadə anadan olub

1945. ABŞ təyyarəsi Yaponiyanın Hiroşima şəhərinə atom bombası atıb. Nəticədə bir gündə 70 000 nəfərdən çox insan həlak olub

1947. Əfqanıstanın ikinci prezidenti Məhəmməd Nəcibulla (doktor Nəcibulla) anadan olub

1962. Yamayka müstəqillik elan edib

1969. Sovetin “Mi 12” vertolyotu 40 ton yükü 2250 metr yüksəyə qaldıraraq dünya rekorduna imza atıb

1973. Kubalı diktator Fulqensio Batista vəfat edib

1982. Azərbaycan əsilli türk siyasətçi Səməd Ağaoğlu vəfat edib. O, məşhur ideoloq Əhməd bəy Ağaoğlunun övladıdır.

2009. Nigeriya piratları göyərtəsində 5 azərbaycanlı olan türk gəmisini ələ keçirib

2009. Sulutəpədə neft mədəni ərazisindəki evləri sökmək istəyən ARDNŞ əməkdaşları və yerli əhali arasında qarşıdurma zamanı 20 polis və çox sayda mülki şəxs xəsarət alıb.

Günün aforizmi:

“Ey kağız parçası, əvvəl heç ikən,
Yazılıb, qollanıb yoxdan var oldun.
Böyük bir millətin başını kəsən,
Qolunu bağlayan hökmdar oldun”.

Bəxtiyar Vahabzadənin “Gülüstan” poemasından
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 1 884
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri