Nepal Tantra totemlərinin yaxşı və xoşbəxt həyat üçün məsləhətləri - Kəpəkli düyü çox yeyin. - İnsanlara gözlədiklərindən daha çox şey verin və bunu zövq alaraq edin. - Ən çox sevdiyiniz şeiri əzbərləyin. - Eşitdiyiniz hər şeyə inanmayın, sahib olduğunuz hər şeyi xərcləməyin və istədiyiniz qədər yatmayın. - "Səni sevirəm" deyəndə, bunu ciddi olaraq söyləyin. - "Təəssüf edirəm" deyəndə həmin insanın gözlərinin içinə baxın. - Evlənməzdən əvvəl ən azı 6 ay nişanlı qalın. - İlk baxışdan sevgiyə inanın. - Başqalarının arzularına əsla lağ etməyin. - Ehtirasla və dərindən sevin. Bəlkə sonradan yara ala bilərsən, amma bu, həyatı bütöv yaşamağın tək yoludur.
- Anlaşılmaz vəziyyətlərdə dürüst olun. - Heç kimin qəlbini qırmayın, təhqir etməyin. - İnsanları qohumlarına görə mühakimə etməyin. - Yavaş danışın, amma sürətli düşünün. - Biri sizə cavab vermək istəmədiyiniz sual verərsə, gülümsəyin və ən böyük sevginin, uğurların daha böyük riskləri olduğunu xatırlayın. - Ananıza zəng edin. - Biri asqıranda "Sağlam ol" deyin. - İtirdiyinizdən dərs alın. - 3 şeyi unutmayın: özünə hörmət; başqalarına hörmət; hər şeydə məsuliyyət. - Kiçik bir anlaşılmazlığın böyük bir yoldaşlığı pozmasına imkan verməyin. - Telefona cavab verərkən gülümsəyin. Sizi axtaran insan bunu səsinizdən anlayacaq. - Danışmaqdan, söhbətdən xoşlanan bir qadın / kişi ilə evlənin. Yaşlananda danışma qabiliyyətiniz hər şeydən daha əhəmiyyətli olacaq.
- Bir az tək qalın. - Dəyişikliklərə qucaq açın, amma dəyərlərinizi itirməyin. - Susqunluğun bəzən ən yaxşı cavab olduğunu unutmayın. - Daha çox kitab oxuyun, daha az televiziya seyr edin. - Yaxşı və hörmətli bir həyat yaşayın. Yaşlananda keçmişi xatırlayarkən bir daha necə zövq aldığınızı görəcəksiniz. - Allaha inanın, amma avtomobilin qapılarını da bağlayın. - Evdə sevgi dolu bir atmosfer əhəmiyyətlidir. Rahat bir mühit yaratmaq üçün əlinizdən gələni edin.
- Keçmişdə çox yaşamayın. Bildiklərinizi paylaşın - bu, ölümsüzlüyü əldə etməyin bir yoludur. - Planetimizə qarşı nəzakətli olun. - Dua edin. Duada ölçülə bilməyəcək bir güc var. - Sevgisini sizə nümayiş edənə mane olmayın. - Başqalarının işinə qarışmayın. - Onu öpərkən gözlərini bağlamaq bir qadına / kişiyə güvənməkdir. - İldə bir dəfə heç getmədiyiniz bir yerə gedin. - Çox pul qazanırsınızsa, həyatdaykən başqalarına kömək edin. Unutmayın, istədiklərinizi əldə edə bilməmək bəzən böyük bir şansdır. - Bütün qaydaları öyrənin, sonra bəzilərinə uymayın.